Sahibkar hansı vergiləri verməlidir? | Banco.az

Sahibkar hansı vergiləri verməlidir?

I hissə

Fiziki şəxs və hüquqi şəxs qanunvericilikdə necə tənzimlənir?

Mülki Məcəllənin 24 müddəsinə əsasən fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Azərbaycan Respublikasında bütün vətəndaşlar, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan və ya müvəqqəti qalan әcnәbilәr və vətəndaşlığı olmayan şəxslər fiziki şəxslərdir. Vergi Məcəlləsinin 13.2.3 maddəsinə əsasən  fiziki şəxs - Azərbaycan Respublikasının vətəndaşı, əcnəbi və vətəndaşlığı olmayan şəxs sayılır.

Mülki Məcəllənin 43 maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış  elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Vergi Məcəlləsinin 13.2.2. maddəsinəəsasən hüquqi şəxs - Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs statusunda yaradılmış müəssisə və təşkilatlardır.

Sahibkarlıq  neçə  formada  olur, onların meyarlar bölgüsü necə tənzimlənir?

Nazirlər Kabinetinin  21 dekabr 2018-ci il tarixli  556 nömrəli qərarına əsasən sahibkarlıq 4 hissəyə bölünür: mikro, kiçik, orta və iri sahibkarlıq subyektləri.

Sahibkarlıq subyektləri  ölçüsünə  görə, işçilərinin orta siyahı sayı  sayına görə, illik gəlirlərinə görə bir-birindən fərqlənirlər.

Mikro sahibkarlıq   - işçi sayı 1-10  nəfər  - illik gəliri 200 000 manatadək

Kiçik sahibkarlıq  -    işçi sayı 11-50 nəfər  -  illik gəliri 200 000 – 3 000 000 manatadək

Orta sahibkarlıq  - işçi sayı  51 – 250 nəfər – illik gəliri 3 000 000  -  30 000 000 manatadək

İri sahibkarlıq – işçi sayı  251 nəfərdən çox – illik gəliri 30 000 000 manatdan çox olan subyektlərdir.

Ən sərfəli kredit üçün müraciət et

 

İllik gəlirə nə aiddir?

İllik gəlirə hesabat ili ərzində təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri, həmçinin satışdankənar gəlirlər aid edilir.

Meyar göstəriciləri daha yüksək olan nə deməkdir?

Sahibkarların mikro, kiçik, orta və ya iri sahibkar kimi müəyyənləşdirilməsi üçün “işçilərin orta siyahı sayı” və “illik gəlir” meyar göstəricilərindən daha yüksək olanı əsas götürülür.

Misal: A mikro sahibkarın  2019-cu ildə gəliri 3 000 000 amma işçi sayı 5 nəfər olub. Baxmayaraq ki, işçi sayı mikro sahibkarlığa aiddir, illik gəliri yüksək olduğundan növbəti ildən yəni 2020-ci ildən orta sahibkarlıq subyekti kateqoriyasına aid ediləcək.

A orta saibkarın  2019-cu ildə gəliri  20 000 000 manat olub, işçi sayı 300 nəfər olub. Baxmayaraq ki, gəlirinə görə orta sahibkarlıq subyektinə aiddir, işçi sayı yüksək olduğundan 2020-ci ildən iri sahibkarlıq subyekti kateqoriyasına aid ediləcək.

 

Yeni yaradılan sahibkarlıq subyektləri sahibakarlığın hansı kateqoriyasını aid olunması necə müəyyənləşdirilir?

Yeni yaradılan sahibkarlıq subyektlərinin mikro, kiçik, orta və ya iri sahibkarlar kimi müəyyənləşdirilməsində onların dövlət qeydiyyatına və ya vergi uçotuna alındığı tarixdən 1 (bir) il müddətində müəyyən edilmiş işçilərin say göstəricisi əsas götürülür.

Misal: A şəxs 2019-cu ildə VÖEN alaraq sahibkarlıq fəaliyyətinə başlayıb. İllik gəliri 3 000 000 manatdır, amma işçilərin sayı 10 nəfərdir. Baxmayaraq ki, orta sahibkarlıq kateqoriyasına düşür, işçi sayı mikro sahibkarlıq kateqoriyasına düşdüyündən  2020-ci ildə mikrosahibkarlıq subyeki kimi fəaliyyət göstərəcək. Amma növbəti illərdə yəni 2021-ci il və s. ən yüksəyi nəzərə alınacaq. Gəliri çoxdursa gəliri, işçi sayı çoxdursa işçi sayı nəzərə alınaraq ketoqoriyası müəyyənləşəcək.  

© Marja

Ən sərfəli krediti almaq üçün müraciət et