Sadə ideyalardan yaranan bizneslər | Banco.az

Sadə ideyalardan yaranan bizneslər

Robin Vanden Heyden, ManyPixels-in yaradıcısı (aylıq gəlir 34000 dollar)

Universiteti bitirən Robin Uqandadakı Belçikadakı səfirliyə təcrübəçi olaraq gedir. İş onu heç də qane etmədiyi üçün əlavə iş axtarışına çıxan Robin Bankoka yola düşür və ordakı ko-vörkinglərdən birində özünə yer götürür və elə həmin vaxt çoxlu sayda insanın ştatdan kənar dizaynerə ehtiyacı olduğunu müşahidə edir. Bundan sonra Robin bu problemi həll edəcək ManyPixel-i yaradır. Burda o, həm müştərilərin dizayner, dizaynerlərin isə müştəri tapmasına köməklik edir və beləliklə, həm öz biznesini qurur, həm də qısa zamanda problemin həllinə nail ola bilir.

Jonas Downey, Hello Weather-in yaradıcısı (aylıq gəliri 600 dollar)

Bir neçə il əvvəl mən və dostum Trevor hava proqnozu haqda tətbiq axtarışı etdik və aydın oldu ki, heç bir tətbiq normal istifadəçi interfeysinə sahib deyil. Tətbiqin bir çoxu olduqca çətin quruluşa malik idi. Biz tətbiqi hazırlayarkən ilk əvvəl onun əsas məlumatı əks etdirməsinə önəm verdik.

Ən sərfəli kredit üçün müraciət et

Biz veb proqramlaşmada professional olsaq da tətbiq hazırlamaqda yeni idik və düşünməzdik ki, bizim tətbiqimiz bu qədər məhşurlaşa bilər.

Tommi, Altcoin Fantasy-nin yaradıcısı (aylıq 1800 dollar qazanc)

Mən kriptovalyuta bazarındakı hərəkətliliyi izləyirdim və müşahidə etdim ki, insanların bir çoxu kriptovalyuta bazarından xəbərsiz yatırım edirlər. Bir çoxları bunun gəlir gətirdiyinin fərqində olsa da əslində bazarın necə çalışdığı haqda məlumatsız idilər.

Buna görə də ACF-i yaratdıq. Bunun vasitəsilə insanlara müxtəlif kriptovalyuta növləri haqda məlumat verə bilir, hansına yatırım etməyin daha sərfəli və gəlirli olduğunu başa salırdıq. Belə olduqda onlar böyüməkdə olan bazarı araşdıra bilər və eyni zamanda risksiz yatırım edə bilərlər.

Nəcibə Yusifova, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et