Sabahkı iclasda faiz dərəcəsi endiriləcəkmi? | Banco.az

Sabahkı iclasda faiz dərəcəsi endiriləcəkmi?

Avqustun 1-də Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin (İH) növbəti iclası keçiriləcək.

İclasda uçot dərəcəsinin səviyyəsi müzakirə ediləcək. 

Bank mütəxəssislər bu göstəricinin indiki 15%-dən 12%-ə endiriləcəyini proqnozlaşdırırlar. Bu baş versə, ardınca Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Himayəçilik Şurasının qərarı ilə Azərbaycan manatı ilə qəbul edilən əmanətlərin sığortalanması faizi (hazırda 15%-dir) də azaldıla bilər.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, iyunun 22-də keçirilmiş iclasda qurumun İH-i uçot dərəcəsi və likvidlik əməliyyatları üzrə faiz dəhlizinin yuxarı həddinin dəyişməz (18%) saxlanılması, faiz dəhlizinin aşağı həddinin isə 12%-dən 10%-ə endirilməsi ilə bağlı qərar qəbul edilib. 

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et