Sabah devalvasiya gözlənilirmi? – EKSPERT RƏYİ | Banco.az

Sabah devalvasiya gözlənilirmi? – EKSPERT RƏYİ

Məlum olduğu kimi bu gün Azərbaycan Mərkəzi Bankından (AMB) kommersiya banklara məktub daxil olub. Fins.az xəbər verir ki, AMB-nin İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyevin imzası ilə daxil olan məktubda deyilir: "Milli Ödəniş Sisteminin İştirakçılarına:

Dövlət büdcəsinə daxilolmaların və xərclərin kütləviliyini, hesablaşmaların başa çatdırılmasının təmin edilməsi zəruriliyini nəzərə alaraq, ölkədaxili hesablaşma-kassa əməliyyatlarının aparılması məqsədilə 30.09.2017-ci il tarixi bank sistemi üçün rəsmi iş günü elan edilir. Eyni zamanda bildiririk ki, ödəniş sistemləri üzrə 30.09.2017-ci il tarixi yeni əməliyyat günü hesab edilir.

Xahiş edirik, nəzərə alasınız".

Bankların şənbə günü işləməsi bəzi insanlar arasında çaşqınlıq yaradıb. Bir çoxları hesab edir ki, sabah ölkədə devalvasiya ola bilər yəni manat dollar qarşısında zəifləyə bilər. Bunun real olub olmadığını öyrənmək üçün Fins.az ekspertlərin rəyini öyrənib.

Ən sərfəli kredit üçün müraciət et

Ekspert Samir Əliyev sabah devalvasiyanın olacağını inanmadığını bildirdi. O devalvasiya üçün hər hansı bir zəmin olmadığını qeyd edib.

Ekspert Cəfər İbrahimli isə Fins.az-a məslə ilə bağlı fikirlərini bildirərkən qeyd etdiki hamımız bilirik ki Mərkəzi Bank rəsmi olaraq üzən məzənnəyə keçib. Belə olan halda isə devalvasiya olmur. İqtisadçı ekspert 2017-ci ilin sonuna kimi manatın məzənnəsində hər hansı ciddi bir dəyişikliyin olacağına inanmadığını bildirdi.

İqtisadçı ekspert Vüqar Bayramlı isə manatın məzənnəsinin dəyişikliyi ilə bağlı istənilən qərarın Mərkəzi Bank tərəfindən verildiyini bildirdi. O yalnız Mərkəzi Bankın manatın məzənnəsini müəyyən etdiyini qeyd etdi. Lakin Vüqar Bayramlı dollara tələbatın artacağını istisna etmədi. O bunu hələ bir neçə ay bundan qabaq dediklərini bildirdi. Ekspertin fikrincə idxalın və xaricə səfərlərin artması ilə bağlı dollara tələb artacaq. Ekspertin fikrincə çox vacib məsələlərdən bir də odur ki, Mərkəzi Bank məsələ ilə bağlı ölkə vətəndaşlarını və biznes mühütini məlumatlandırmalıdır.Devalvasiya gözlənilirmi? – EKSPERT RƏYİ

Ən sərfəli krediti almaq üçün müraciət et