Rusiyanın qərarı Almanya iqtisadiyyatına zərər vuracaq | Banco.az

Rusiyanın qərarı Almanya iqtisadiyyatına zərər vuracaq

“Qərb”-in tətbiq etdiyi sanksiyalara qarşılıq olaraq Rusiyanın bu yaxınlarda Avropa və ABŞ-dan qida idxalını dayandırması buradakı istehsalçıların gəlirlərinə əhəmiyyətli təsir edəcək.

Bu haqda “Bloomberg News”-un xəbərində qeyd edilib.

Ukraynadakı ixtişaşlarda, həmçinin təyyarənin vurulmasında Rusiyanı gunahkar bilən “Qərb”-in enerji, maliyyə və silah tədarükü ilə bağlı tətbiq etdiyi sanksiyalara cavab olaraq Şimal qonşumuz bu ölkələrdən qida idxalını dayandırdı. Nəticədə Avropada, xüsusilə Almaniyada olan kiçik və orta sahibkarlar əsas bazarlarından birini itirdi.

Ən sərfəli kredit üçün müraciət et

Böyük ehtimal ki, qısa zamanda bu tələb dəyişikliyinə cavab verə bilməyən şirkətlər zərərlə üzləşəcəklər. Uzunmüddətli dövrdə isə zəif şirkətlər bazardan çıxmalı, digərləri isə istehsal həcmini azaltmalı olacaqlar. Hər iki halda bu iqtisadi artımı zəiflədəcək. Almaniyanın Avropanın iqtisadi mərkəzi olduğunu hesab etsək, bu heç də İttifaqın gələcəyi üçün müsbət amil deyil.

Bunu yeni böhranın başlamasından xəbər verən ilk “qığılcımlar” kimi qəbul etmək olar.

 

   "Banklar və Biznes" Jurnalı 

Ən sərfəli krediti almaq üçün müraciət et