"Rusiyada inflyasiya gələn il də yüksək səviyyədə qalacaq" | Banco.az

"Rusiyada inflyasiya gələn il də yüksək səviyyədə qalacaq"

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Rusiyada inflyasiya 2024-cü ildə də yüksək səviyyədə qalacaq.”

Banco.az xəbər verir ki, Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Reşetnikov Rusiya Federasiya Şurasındakı çıxışında ölkəsindəki inflyasiya tendensiyası ilə bağlı qiymətləndirmələr edib.

O, Rusiyada inflyasiyanın 2024-cü ildə də yüksək səviyyədə qalacağını bildirib.

“Gələn il orta illik inflyasiya 7,2 faiz təşkil edəcək. 2024-cü ilin dekabrında inflyasiyanın illik 4,5 faizə düşəcəyini gözləsək də, o vaxta qədər inflyasiya əhəmiyyətli səviyyədə qalacaq.”

Xatırladaq ki, Rusiya Mərkəzi Bankı rublun ucuzlaşmasından sonra artan yüksək inflyasiya təhlükəsi ilə əlaqədar avqustun 15-də uçot dərəcəsini 8,5 faizdən 12 faizə, sentyabrın 15-də isə 13 faizə qaldırıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et