Rusiyada daha 3 bankın fəaliyyəti dayandırılıb | Banco.az

Rusiyada daha 3 bankın fəaliyyəti dayandırılıb

Rusiya Mərkəzi Bankı daha 3 bankın - "Vestinterbank" və "Entuziastbank" və "Kuban Universal Bank"ın lisenziyalarını geri çağırıb.

"Report"un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, "Vestinterbank"la bağlı qərar Bankın qanunvericiliyin tələblərinə riayət etməməsi, həmçinin kreditor və əmanətçilərin maraqları üçün real təhlükənin olması ilə əlaqədardır.

"Entuziastbank" terrorizmin maliyyələşməsi, cinayətkarlıq yolu ilə əldə edilən gəlirlərin leqallaşdırılmasına qarşı qanunun tələblərinə əməl etməyib.

Krasnodarın "Kuban Universal Bank"ının lisenziyasının ləğvinə səbəb də aşağı keyfiyyətli aktivlərə vəsait yerləşdirmək və mümkün zərər üçün risk ehtiyatı yaratmamasıdır.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, hər üç bank Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. Hər üç banka müvəqqəti inzibatçı təyin olunub.

Bu ilin oktyabrın 1-nə aktivlərin həcminə görə, Rusiyanın bank sistemində "Vestinterbank" 489-cu, "Entuziastbank" 608-ci, "Kuban Universal Bank" isə 377-ci yeri tutub.

Xatırladaq ki, Elvira Nabullinanın Mərkəzi Bankın rəhbərliyinə gəlişindən sonra 280-dən çox bankın lisenziyası geri çağırılıb. Bu ilin payızında ilk yüzlüyə daxil olan 3 bank - "Rosinterbank", "Finprombank" və " Hərbi-Sənaye Bankı" lisenziyasından məhrum olub.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et