Rusiya uçot dərəcəsini azaldıb | Banco.az

Rusiya uçot dərəcəsini azaldıb

usiya Mərkəzi Bankının bu gün keçirilən növbəti iclasında uçot dərəcəsinin 0,5 faiz bəndi - 11%-dək azaldılmasına dair qərar qəbul olunub.

Banco.az "Report"a istinadən xəbər verir ki, bank endirim qərarını ölkə iqtisadiyyatındakı yavaşlama ilə əlaqələndirib. Belə ki, II rübdə ÜDM-dəki azalma ilk rübə nəzərən daha sərt olduğu üçün bu qərar məcburi olub. Bununla da bank 2015-ci ildə faizləri artıq 4-cü dəfə azaltmış olub (bu il uçot dərəcəsi 17%-dən 11%-ə endirilib).

Ən sərfəli kredit üçün müraciət et

Rusiya Mərkəzi Bankının bugünkü qərarından sonra rubl dollarla müqayisədə ucuzlaşıb - dolların məzənnəsi 61 RUB/USD-yə qədər yüksəlib (səhər saatlarında - 60 RUB/USD olub). Məzənnənin yüksəlməsində əsas səbəb son günlər dünya bazarında neftin ucuzlaşması ilə yanaşı, Mərkəzi Bankın bugünkü qərarı göstərilir. Bəzi investorlar faiz səviyyəsindən qane olmayaraq dollar almağa üz tutub. Məzənnənin yüksəlməsi isə büdcə xərclərinin real olaraq azaldılması baxımından dövlətə xeyir gətirir. Çünki Ehtiyat Fondundan xarici valyutada rubla çevrilərək büdcəyə transfertlər azalır. Bu tendensiyanın bir qədər də davam etməsi, yəni rublun dollarla müqayisədə məqsədli ucuzlaşdırılması gözlənilir.

Ən sərfəli krediti almaq üçün müraciət et