Rusiya daha 3 milyard itirdi | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Rusiya daha 3 milyard itirdi

Rusiyanın valyuta ehtiyatı 1 həftədə (3-10 oktyabr) 3 milyard dollar azalaraq $451,7 milyarda düşüb.

Bu haqda ekspert Samir Əliyev məlumat verib.

O, həmçinin deyib ki,  Rusiya son 3 həftədə valyuta ehtiyatından 6,6 milyard dollar itirib. Halbuki beynəlxalq təşkilatlar, o cümlədən Fitch agentliyi sanksiya davam edəcəyi təqdirdə ehtiyatların ilin sonuna $450 milyarda düşəcəyini proqnozlaşdırmışdı: "Göründüyü kimi, vəziyyət gözlənildiyindən də kritikdir. Bu sürətlə ehtiyat oktyabrın sonuna $450 milyardlıq həddi keçərək aşağı düşəcək". 

Bunun ardınca, bank sektorunda problemlərin system xarakter daşımaşı getdikcə özünü büruzə verdiyini deyən ekspertin fikirincə,  Stanadard & Poor’s (S&P) agentliyi Rusiyanın bank sektorunun vəziyyətinin ağırlaşdığını əsas gətirərək bankların reytinqinin aşağı salınacağını bildirib: "Agentliyin məlumatına görə, 2013-cü illə müqayisədə bankların xalis gəliri 2 dəfə azalacaq. 
Bir tərəfdən sanksiyalar, digər neftin ucuzlaşması Rusiyaya soyuq qış vəd edir".

Atvxeber.az