Rusiya bankı Türkiyənin ilk atom elektrik stansiyasına kredit ayırıb | Banco.az

Rusiya bankı Türkiyənin ilk atom elektrik stansiyasına kredit ayırıb

Rusiya bankı "Sberbank"ın, "Akkuyu" atom elektrik stansiyasının inşası üçün 400 milyon dollarlıq kredit təmin edəcək.

"Akkuyu" atom elektrik stansiyası Türkiyənin Mersin bölgəsində tikilir.

"Sberbank" krediti "Rosatom"un törəmə şirkəti "Akkuyu Nükleer AŞ"-yə ayıracaq.  400 milyon dollarlıq kredit 7 il müddətinə veriləcək.

Ən sərfəli kredit üçün müraciət et

"Sberbank" "Rosatom" ilə ilk dəfə bu ölçüdə beynəlxalq bir layihədə birlikdə işləyir. 

Xatırladaq ki, Türkiyənin ilk atom elektrik stansiyası olacaq "Akkuyu NGS"-in tikintisi ilə bağlı müqavilə Rusiya ilə 2010-cu ildə imzalanmışdır. 4 reaktorlu stansiya 4 min 800 meqavat gücə malik olacaq.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et