ROE və ROA-nın faktor təhlili | Banco.az

ROE və ROA-nın faktor təhlili

Bank fəaliyyətinin rentabelliyinin qiymətləndirilməsi bankın əməliyyat səmərəliliyini və maliyyələşmə siyasətini xarakterizə edən mənfəətin ayrı-ayrı göstəricilərinin faktor təhlili vasitəsilə aparılır.

Kapitalın gəlirliliyinin (ROE) faktor təhlili

Aşağıdakı üç göstərici bankın kapitalının rentabelliyinə təsir edir və onların yüksəlməsi ROE-nin artımını şərtləndirir.

  1. Xalis mənfəət marjası (Vergilər ödənildikdən sonra mənfəət/Əməliyyat gəliri) xərclərin idarə edilməsi səmərəliliyini və bank məhsullarının qiymətinin müəyyən edilməsi siyasətini əks edir. Əməliyyat gəliri dedikdə, aktivlər üzrə ehtiyatların yaradılması və vergilərin ödənilməsinədəl xalis faiz və qeyri-faiz mənfəəti nəzərdə tutulur.
  2. Aktivlərin istifadəsi əmsalı (Məcmu gəlirlər/Orta illik aktivlər) portfelin idarə edilməsi siyasətini (xüsusilə də, aktivlərin strukturu və onlar üzrə əldə edilən gəlirlər) əks edir.
  3. Kapital multiplikatoru (Aktivlər/Kapital) bankın maliyyələşmə siyasətini əks edir və bankın fəaliyyyətinin cəlb olunmuş resurslardan asılılığını göstərir. Kapitalın məqsədi yarana biləcək itkiləri absorbsiya etmək olduğunu nəzərə alsaq, multiplikatorun səviyyəsinin yüksək olması bir tərəfdən bankın müflisləşmə riskini, digər tərəfdən isə səhmdarların potensial dividendlərini artırır.

Ən sərfəli kredit üçün müraciət et

və ya

Aktivlərin gəlirliliyinin (ROA) faktor təhlili

Aktivlərin gəlirliyi (ROA) əmsalı bank aktivlərinin istifadəsinin səmərəliliyini əks edir.

  1. Xalis faiz marjası ((Faiz gəlirləri-Faiz xərcləri)/Gəlir gətirən orta aktivlər) bankın həyata keçirdiyi aktiv əməliyyatların səmərəliliyini əks edən aparıcı bank göstəricilərdən biridir. Bankın faiz siyasətinin  effektivliyinin və nə dərəcədə səmərəli icra edilməsinin göstəricisidir.
  2. Xalis - qeyri faiz marjası ((Qeyri-faiz gəlirlər-Qeyri-faiz xərclər)/Orta aktivlər) bankın gəlirlilik səviyyəsini və komissiyon əməliyyatların səmərəliliyini əks edir.
  3. Xüsusi əməliyyatlardan mənfəət (Xüsusi əməliyyatlar üzrə mənfəət/Orta aktivlər) aktivlər üzrə mümkün zərərlərin ödənilməsi uçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar, mənfəətdən vergi, qiymətli kağızlar üzrə gəlir və zərər, gözlənilməyən gəlir və zərər daxil edilir.

və ya

Ən sərfəli krediti almaq üçün müraciət et