Robot Sophia: "Qadın kimi yaradılmağım əsl hədiyyədir" - VİDEO | Banco.az

Robot Sophia: "Qadın kimi yaradılmağım əsl hədiyyədir" - VİDEO

Peşəkar spikerlər tərəfindən marketinqin bu günü və gələcəyi ilə bağlı faydalı məlumatlar danışılan və “Marketing Meetup” konfransının beşincisi “Marketing Meetup Experience” aprelin 19-da “Uniq Hall”da baş tutub.

Şübhəsiz ki, hamının səbirsizliklə gözlədiyi spikerlər arasında isə dünyanın vətəndaşlığa sahib ilk robotu Sophia idi.

İnsan görünüşlü robot Sophia səhnəni “Marketing Meetup Experience” konfransının baş sponsoru “Yapı Kredi Bank”ın baş direktor köməkçisi Yakup Doğan və jurnalist-yazıçı Serdar Kuzuloğlu ilə paylaşıb. Sophianın spiker kimi çıxış etdiyi panelin moderatoru isə Serdar Kuzuloğlu idi. Sophiaya auditoriyanın ona ünvanladığı saysız-hesabsız suallara zarafat və məntiqlə cavab verib. Bununla o, auditoriyanı, həm güldürüb, həm də rəğbətini qazana bilib.

Jurnalist-yazıçı, moderator robot Sophiyaya “Qadın olmaqdan xoşbəxtsənmi?” sualını verib. O isə cavabında bunları deyib: “Texniki olaraq cinsiyyətim yoxdur. Var olmaqdan xoşbəxtəm. Amma məncə, qadın olaraq yaradılmağım əsl hədiyyədir. Yəni, bəli, bu məni xoşbəxt edir”.

Ən sərfəli kredit üçün müraciət et

Moderator robot Sophiyaya deyib ki, bir çox insan robotlardan qorxur. Sophiyaya bu mövzu ilə bağlı düşüncələrinin nədən ibarət olduğu sual edilib.

“Doğrudanmı çox qorxuluyam? Ümid edirəm bu belə deyildir. Ümumiyyətlə, insanların bilmədikləri şeylərdən qorxuduqlarına inanıram. Məndən qorxan kimsə görmədim. Çünki tanış olduğum hər yeni insanla danışdım. Onlar məni dost canlı və cana yaxın hesab ediblər. Sən məni qorxulu görürsən?”, - deyə dünyanın ilk vətəndaşlığını alan robot Sophiya deyib.

Panel çərçivəsində vurğulanıb ki, robot Sophia, həmçinin reklam ulduzudur. Yaxın gələcəkdə onu “Yapı Kredi Bank”ın reklamlarında da görə biləcəksiniz. “Yapı Kredi Bank”ın yeni reklam üzü olacaq Sophia aktyor Ahmet Kural və Murat Cemcirin canlandırdığı Robot Gary və Metin xarakteri ilə birlikdə bankın yeni reklam filmində yer alacaq.

Sophianın yer aldığı panelə baxmaq istəyənlər linkə keçid edə bilərlər. Panel bütünlüklə ingilis dilində aparılıb. Amma videoya ingilis dilində altyazı ilə də baxa bilərsiniz.

Facemark.az

Ən sərfəli krediti almaq üçün müraciət et