Ripple nədir? Necə işləyir? Haradan almaq olar? | Banco.az

Ripple nədir? Necə işləyir? Haradan almaq olar?

Kriptovalyuta dünyasının ən çox müzakirə edilən coinlərindən olan Ripple digər coinlərdən fərqli olaraq mərkəzi struktura malikdir. Özəl bir şirkət tərəfindən Ripple Bitcoin-in bizə tanıtdığı decentralized anlayışına olduqca əks, amma yüksələn bir maraq qrafikinə sahibdir.

Ripple nədir?

Ripple maliyyə qurumları arasında beynəlxalq şəbəkə yaradaraq maliyyə təşkilatlarının əməliyyat xərclərini azaltmaq məqsədi ilə yaradılmış özəl şirkətdir.

Yatatdığı bu şəbəkəyə “Internet of Value” adını verib. Özəl şirkət olmasına baxmayaraq, Ripple ledger, open source kimi bazara çıxarılıb. Open source olması məhsula aid bütün kodların açıq şəkildə paylaşılması anlamını verir.

Ripple-ın məqsədi nədir?

Beynəlxalq ödəmələrdə yaşanan bir sıra problemləri aradan qaldırmaq istəyən Ripple bununla birlikdə maliyyə təşkilatlarının nağd pul çatışmazlığı yaşadığı durumlarda əlavə qaynaq kimi istifadə edilmək, ödəmə sistemlərinin yeni bazarlara açıla bilməsini təmin etmək və kursların dəyişməsində yaşanan dalğalanmanı aradan qaldırmaq kimi məqsədləri hədəf götürüb.

Maliyyə sektoru yüksək səviyyədə monopolizdir, belə ki, sektorda hər hansı yenilik nəzərə çarpmır. Sadə bir beynəlxalq transfer əməliyyatı üçün bəzən günlərlə gözləməyimiz lazım olur. “SWIFT” əməliyyatları bəzən bir kabus olaraq qarşımıza çıxarkən, bəzən də müəyyən ölkələrin sanksiya üçün istifadə etdikləri bir vasitəyə çevrilə bilir.

Ripple bu günədək nələr etdi?

Ripple son vaxtlar bir çox əhəmiyyətli maliyyə qurumuyla əməkdaşlıq etdiyini açıqlayıb. “Moneygram” və Səudiyyə Ərəbistanı Maliyyə Agentliyi ilə birgə hazırladıqları şəbəkə üzərində işə başladılar. Ancaq bu müqavilələrdən əvvəl 100-ə yaxın maliyyə qurumuyla əməkdaşlıq edirdi. Ripple-ın məqsədi digər kriptovalyutalar kimi maliyyə dünyasında bir inqilab yaratmaqdan çox, əməkdaşlıq ilə maliyyə sektorunu bir addım irəliyə daşımaqdır.

Ripple (XRP) necə işləyir?

Ripple (XRP) hazırda saniyədə 1500 əməliyyat reallaşdıra bilir. Belə bir qısa müddətdə bunu etmək imkanı sistemin olduqca yaxşı bir performansından xəbər verir.

Ripple “Ripple Transaction Protocol” (RTXP) adını verdiyi bir portal ilə maliyyə təşkilatlarını bir araya gətirir. Portalda təşkilatların sahib olduğu “gateway” ilə əməliyyatları sürətli reallaşdırır

“Gateway” Ripple dünyasında hər bir qurum üçün xüsusi olaraq yaradılmış bir blockchain şəbəkəsidir.

RTXP nağd pullar (dollar, avro) və ya kriptovalyutalarla əməliyyat qəbul edir. Həmçinin, bu platforma pul alış-verişi üçün də istifadə edilə bilər, amma bu xüsusiyyətini istifadə edə bilmək üçün əvvəlcə sistemə müəyyən bir kapital əlavə edilməlidir.

İstehsal olunan Ripple miqdarı nə qədərdir?

Ən sərfəli kredit üçün müraciət et

Ripple şirkəti istehsal edilə bilən bütün XRP coinlərini çıxarıb. 100 miyard coinin hazırda 38 milyardı bazarda əməliyyat reallaşdırır. Yerdə qalanını isə şirkət öz əlində saxlayır. Verilən məlumata görə həmin coinlər zaman nizamlı cüzdanlara əlavə olunmuş və bu cüzdanların hər biri müəyyən müddətdən sonra müəyyən miqdarda coini sərbəst buraxmaq üçün nəzərdə tutulub. Təxminən 30 il ərzində bu coinlərin böyük bir hissəsi Ripple tərəfindən sərbəst buraxılacaq.

Ripple-ı haradan satın almaq olar?

Hazırda böyük mübadilə birjalarının demək olar ki, hamısı Ripple satışı ilə məşğuldur. “Bitfinex”, “Poloneix”, “Bittrex”, “Kraken” və daha bir neçə birjadan Ripple almaq mümkündür.

Ripple bu günədək ən əhatəli əməkdaşlar reallaşdırmış nadir coinlərdən biridir. Ancaq sistemin mərkəzləşdirilmiş olması da nəzərdən yayınmır. Digər problem isə sistemin maliyyə qurumlarına cəmiyyətdən daha çox diqqət ayırmasıdır.

Bunlar da maraqlıdır:

Pulsuz Bitcoin necə qazanılır?

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et