Richard Bransondan məhsuldarlıq ilə bağlı tövsiyələr | Banco.az

Richard Bransondan məhsuldarlıq ilə bağlı tövsiyələr

Britaniyalı iş adamı Richard Branson özündə 400 şirkəti birləşdirən korporasiyanın sahibidir. Milyarder öz bloqunda məhsuldarlıq və müvəffəqiyyət sirlərini paylaşıb. İstənilən ideyanı gerçəkləşdirməyə ona ən çox kömək edən vasitə isə siyahılardır.

  1. Hər bir ideyanızı yazın, fərq etməz o kiçik ideyadır ya böyük.
  2. Həmişə yanınızda rahat informasiya (məlumat) daşıyıcısı olsun – bloknot, smartfon və ya yazmaq üçün digər vasitə. (Branson hətta idman zalına da noutbukla gedir).
  3. Ideyaları yazmaq üçün öz stilinizi tapın – marker, diaqram, kiçik  çertyojlar və s
  4. Məhz bu gün yerinə yetirməli olduğunuz işlərin kiçik siyahısını hazırlayın. Bunu hər gün edin.
  5. Yerinə yetirilmiş hər bir tapşırığı qeyd edin.
  6. Özünüzə yalnız gerçəkləşdirilməsi mümkün tapşırıqlar yazın. Əgər tapşırıq mürəkkəbdirsə onun həlli üçün gərək olan zamanı da qeyd edin, mümkün qədər konkret zaman intervalı olsun.
  7. Gələcək üçün hədəflər qoyun. Məsələn 2020-ci ilə qədər nəyə nail olmaq istəyirsiniz.
  8. Siyahılara sadəcə işlə bağlı deyil, şəxsi həyatlar ilə bağlı da hədəflər daxil edin. (məsələn təhsil, ya hansısa bir əmlakın alqısı, səyahət planları və s )
  9. Öz planlarınız haqqında digərlərinə danışın, sosial şəbəkələr vasitəsi ilə ictimailəşdirin. Bu sizi hədəfə çatmağa ruhlandıracaq. Alınmasa şöhrətiniz zədələnəcək, ona görə də dediyinizi etməyə çalışın.
  10. Öz uğurlarınızı qeyd edin, çatdığınız hədəflərin dadını  çıxarın və yeni gündəlik, həftəlik, illik planlar qurun.

 

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et