RF Arktikada iqtisadi zonanın genişləndirilməsi üzrə müraciətin rəsmiləşdirilməsini başa çatdırır | Banco.az

RF Arktikada iqtisadi zonanın genişləndirilməsi üzrə müraciətin rəsmiləşdirilməsini başa çatdırır

RF XİN-nin rəsmi saytında verilən məlumata görə, Rusiyanın Şimal Buzlu okeanında müstəsna iqtisadi zonanın genişləndirilməsi üzrə müraciətinin rəsmiləşdirilməsi üçün aparılan sənədləşmə işləri başa çatmaq üzrədir. Sənəd qitə şelfinin sərhədləri üzrə BMT Komissiyasına göndəriləcək. Əgər BMT RF-nin müraciətinə dəstək versə, o zaman Rusiya Arktika ərazilərinin ona bitişik bütün sərvətlərinin sahibi olacaq.

Şimal qütbü heç bir dövlətin mülkiyyətində deyil. Beynəlxalq normalara əsasən, Rusiya, ABŞ, Kanada, Danimarka və Norveç kimi ətraf ölkələr öz sahilləri boyunca 370 km.lik müstəsna iqtisadi zonaya sahib olmaq hüququna malikdirlər.

Ən sərfəli kredit üçün müraciət et

BMT-nin dəniz hüququ üzrə 1982-ci ildə qəbul olunmuş Konvensiyası sənədin təsdiq edilməsindən 10 il sonra ölkələrə təsərrüfat fəaliyyəti üçün zonasını genişləndirməyə imkan verir. Rusiya iqtisadi zonanı sahildən 350 dəniz mili (təxminən 650 km) uzunluğunda genişləndirməyi planlaşdırır.

Məlumdur ki, Arktik şelf neft və qazla zəngindir. Hal-hazırda həmin ərazidə neft və qazın hasil olunması üçün külli miqdarda maddi vəsait tələb olunur. Lakin enerji daşıyıcılarında defisitin artdığı bir dövrdə Şimal qütbü uzun müddət ərzində karbohidrogen ehtiyatlarının əldə olunması üçün vacib mənbə rolunu oynaya bilər.

Banco.az / Sevinc İbadova

Ən sərfəli krediti almaq üçün müraciət et