RƏSMİ: Avropada Bitcoin mədənçiliyi qanunidir | Banco.az

RƏSMİ: Avropada Bitcoin mədənçiliyi qanunidir

Avropa Komissiyasının üzvlərindən birinin verdiyi açıqlamaya görə, kriptovalyuta mədənçiliyi Avropada tamamilə hüquqidir, yalnız müəyyən elektrik xərcləri qaydalarına tabedir.

Keçən həftə Avropa Birliyi Rəqəmsal İqtisadiyyat və Cəmiyyətdən məsul komissiya üzvü Mariya Qabriel kriptovalyutaların aşırı enerji sərf edən strukturu və və bunun necə bir tənzimləməyə ehtiyac olduğu mövzusunda çıxış edib. O, bu fikirləri səsləndirib:

“Əgər bu fəaliyyət üçün lazım olan enerji qanunlara uyğun bir istifadə olunursa, bunu qadağan etmək, hətta məhdudlaşdırmaq üçün belə hər hansı bir hüquqi səbəb yoxdur. Mədənçilik qeyri-qanuni bir fəaliyyət olmadığından, komissiya məsələ ilə əlaqədar hər hansı bir qərar verməyib”.

Ancaq Qabriel buna baxmayaraq elektrik istehlak edən iqtisadi bir fəaliyyət olduğu üçün mədəbçiliyin AB-nin “enerji səmərəliliyi, enerji sektoru və istixana qazının istifadəsi” haqqında sahib olduğu bir sıra qaydalara tabe olduğunu vurğulayıb.

Bundan başqa, Avropa Komissiyasının kriptovalyuta vahidlərinin enerji istehlakı üzərində olan artan təsirini və tələbini yaxından izləməyə davam edəcəyini də ifadə edib.

Son reqressiya xəbərləri təzyiq səbəbiylə azalmış olsa da, mədənçilik işlərinin əksəriyyəti hələ də Çində baş tutur. Qabriel həmçinin bunları qeyd edib:

“Buna rəğmən, mədənçilik işlərinin bir hissəsinin Avropada olduğunu unutmamalısınız”.

Daha əvvəl “Washington Post” qəzetində yer alan xəbərdə enerjisinin böyük əksəriyyətini hidroelektrik stansiyalarından istehsal edən İslandiya son vaxtlar aldığı kriptovalyuta mədənçiliyi layihələrinin hamısının tətbiqə qoyulması təqdirdə adanın enerji qaynaqlarının çatışmayacağını elan etmişdi. Ancaq İslandiya tam olaraq AB üzvü deyil. Yalnız Avropa İqtisadi Sahəsinin bir hissəsidir.

Məsələni şərh edən mütəxəssislər təkcə Bitcoin mədənçiliyinin dünyanın elektrik enerjisi təchizatının 0,14 faizini istehlak etdiyini bildiriblər. Bunun ətraf mühit üçün mənfi olduğunu düşünənlərlə yanaşı, Blockchain sənayesində davamlı enerji həlləri üzərində təcrübələr aparmaq üçün güclü bir təşviq olduğunu düşünənlər də var.

Bunlar da maraqlıdır:

Ən sərfəli kredit üçün müraciət et

Pulsuz Bitcoin necə qazanılır?

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et