Rendi Qeycdən zənginlik düsturu | Banco.az

Rendi Qeycdən zənginlik düsturu

Boşluq qanunu

Əgər Sizə yeni çəkmələr laızmdırsa, köhnələrini atmaq gərəkdir. Əgər sizə yeni paltar lazımdırsa, dolabı təmizləmək gərəkdir. Siz gərək könüllü olaraq, öz stereotiplərinizdən əl çəkəsiniz.

Dövriyyə qanunu

Sahib olduğunuz  bir şeyi buraxmağa hazır olun ki, arzuladığınız şeyləri əldə edə biləsiniz.

Təxəyyül qanunu

Əvvəlcə siz hər şeyi beyninizdə canlandırmalı, tərəqqinin ideal təsvirini yaratmalısınız. Öz ideal gününüzü təsəvvür edin, onu bir yerə yazın və həqiqətən də etibar etdiyiniz insanlardan başqa heç kəsə göstərməyin. Bu yazını göz önündə, əl altında saxlayın və boş vaxtlarınızda vərəqləyin.  

Yaradıcılıq qanunu

İnsan öz düşüncəsinin, intuisiyasının və təxəyyülünün enerjisi ilə tərəqqiyə nail ola bilər

Bağışlama (paylaşma) qanunu

Əgər siz kiməsə nəsə verirsinizsə, (bağışlayır və ya iyanə edirsinizsə) bu bəxşişlər dəfələrcə artmış şəkildə Sizə geri qayıdır. Müəyyən bir rifah qazananda çox vacibdir ki, onu ətrafdakılar ilə paylaşasan.  Əgər sizin bir verginiz varsa, və siz onu istifadə etmirsinizsə ona öz ilahi xilqətinizi təhqir etmiş olursunuz.

Öz qabiliyyətlərinizə layiqincə münasibət bəsləmək üçün, siz verilən bəxşişlərə sevinməli və onu digərləri il paylaşmalısınız. Əgər siz bunu etsəniz həyatınıza daha çox rifah cəlb etmiş olacaqsınız.

Onda bir qanunu

Ən sərfəli kredit üçün müraciət et

Kainat həmişə öz payını – onda birini götürür. Bu sadəcə dəstək mənbəyinə minnətdarlıq qanunudur – sahib olduğunuz hər şeyin 10%-i. Siz heç vaxt bilmirsiniz ki, bu verdiyiniz 10-da bir sizə hansı şəkildə geri qayıdacaq.  Pul –adi təzahürdür. Amma rifah sizə kiminləsə barışıq şəklində və ya sağlamlıq, (xəstəlikdən sağalma) şəklində də qayıda bilər.

Əfv etmə qanunu

Əgər siz insanları bağışlaya bilməsəniz, siz öz var dövlətinizi də qəbul edə bilməyəcəksiniz. Əgər sizin qəlbiniz nifrətlə doludursa,  onda sevgi orada özünə yer tapa bilməz. Siz neqativ hisslərdən azad olmalısınız, bu hisslər ruhunuzu didir və sizə rahatlıq vermir, onlardan mümkün qədər tez qurtulun.  

Yeganə havayı pendir, sıçan tələsində olandır. Çünki kainatda havayı heç nə yoxdur. Əgər qarşınızdakı pendirin havayı olduğunu və onun müqabilində heç nə verməyəcəyinizi düşünürsünüzsə, yaddan çıxarmayın ki, yuxarıda tələ var və o, hər an bağlana bilər. Nə qədər ki, arzu edirsiniz və əvəzini ödəməyə hazırsınız əldə etdiyiniz tərəqqi hüdudsuz olacaq" 

Rendi Qeyc, Pul Məktəbi

Varlanmaq üçün siz özünüz öz rəisiniz olmalısınız. İstəyirsiniz, sizə bir sirr açım? Məni maraqlandırmır, sizin rəisiniz necə gözəl şəxsiyyətdir, o necə sizin qayğınıza qalır, həqiqət budur ki, o sizi topdan alıb, pərakəndə satır. Yoxsa, o, pul qazana bilməzdi və onun biznesi məhv olardı. Sizinlə pul qazanmağın yeganə yolu, sizi topdan alıb, pərakəndə satmaqdır. Beləliklə, əgər pul qazanmaq istəyirsinizsə, səhər yuxudan ayılıb, güzgüyə baxıb, orada müdir görməlisiniz.

Rendi Qeyc, Pul Məktəbi

Ən sərfəli krediti almaq üçün müraciət et