“Red Bull”-un bilmədiyiniz İNANILMAZ yaranma hekayəsi | Banco.az

“Red Bull”-un bilmədiyiniz İNANILMAZ yaranma hekayəsi

Red Bull necə quruldu?

Şirkət diş məcunu satıcısı olan Ditrix Mateşiç tərəfindən qurulmuşdur. Gənc sahibkarın həmçinin qab yuyucu vasitə və sabun satışı üzrə təcrübəsi var idi. Avstriyada 28 yaşında marketinq dərəcəsi əldə etmək 10 ili bahasına başa gəlmişdi. Lakin, hekayənin ən təəccübləndirici qismi bu deyil. Əsl təəccüb doğuran isə “Red Bull” – un əslində Taylandda satılan bir enerji içkisi olması idi. Bununla yanaşı “Coca–Cola”-dan fərqli olaraq Red Bull un tərkibi patentləşdirilməmişdi. İçkinin tərkibindəki bütün ingredientlər qutunun kənarında qeyd olunmuşdu. Digər bir sözlə bu sahibkar adi bir içkini milyon dollarlıq bir markaya çevirdi!

Bəs o, bütün həyatını dəyişdirən bu içkini necə kəşf etdi? 1982–ci ildə Taylanda etdiyi iş gəzintisi əsnasında daha sonra şəriki olacaq yerli diş məcunu satıcısından enerji içkilərinin gecələr oyaq qalmağa ehtiyacı olan insanlar arasında çox populyar olduğunu öyrəndi. Ditrix bu içkinin dadına baxdıqdan sonra təyyarə səfərinin səbəb olduğu halsızlıqdan tamamilə xilas olmuşdu.

Həyatdan gözləntiləri hər zaman çox olduğu üçün içkini bəyəndiyi andan etibarən öz biznesini qurmağı düşündü. 40 yaşında işindən ayrıldı və yerli diş məcunu satıcısı ilə şərik oldu. Şəriklər bu işə 500 000 dollar sərmayə qoydular.

Ditrix Mateşiç

Buna baxmayaraq sahibkarlıqla məşğul olma macərası gözlədiyi kimi nöqsansız deyildi. Ditrix Avstriyada yüksək enerjili içki satmaq üçün lisenziyaya müraciət etməyə cəhd göstərdi ancaq, bu onun üçü ili bahasına başa gəldi.

Hətta ilk bazar araşdırmalarının nəticəsi də ümid verici deyildi. İnsanlar içkinin dadını bəyənmədilər və çox şirin olduğunu düşünürdülər. İki il ərzində milyon dollarlar itirməsindən sonra belə, şirkətinin uğur qazanacağına hələ də inanırdı. Ditrix hər şeyi xarici sərmayə almadan maliyyələşdirdi. Nəticədə, Avstriya bazarının şirkətin inkişafı üçün kifayət qədər böyük olmadığı qənaətinə gəldi. Şirkəti Macarıstan, Almaniya və İngiltərəyə doğru genişlətməyə qərar verdi.

Ən sərfəli kredit üçün müraciət et

Qulaqdan qulağa marketinq

Bu çətin vaxtlardan sonra şirkətin reklama sərf edəcək kifayət qədər pulu qalmamışdı. Bu səbəbdən Ditrix təkcə qulaqdan qulağa marketinq üsulu ilə satışları artıra biləcəyini öyrəndi. Üstündə böyük Red Bull tənəkə qutusu bağlanmış olan avtomobilləri idarə etməsi üçün tələbələri işə götürdü. Onlardan universitet kampuslarının ətrafında bu avtomobillərlə gəzişmələrini, şənliklər keçirilən yerlərə pulsuz nümunələr paylamalarını istədi.

Red Bull həmçinin dünya mediasının böyük marağına səbəb olan xüsusi və həyacan verici tədbirlərə sponsor oldu. Tez-tez rekordların qeydə alındığı tədbirlərdə yarışan ekstremal idman növü ilə məşğul olan 500 idmançını dəstəklədi.

Bu vaxta qədər şirkətin bu strategiyasının işə yaradığı görülür. Hazırda sözügedən enerji şirkəti 100 – dən çox ölkədə 70 – 90% bazar payına sahibdir. Red Bull 2005 – ci ildə ABŞ – da enerji içkisi bazarının 47% - nə sahib idi. Digər bir təəccübləndirici hadisə isə şirkətin təkcə 1800 işçisi dünya miqyasında hər biri ayrılıqda təqribən bir milyon dollarlıq satış həyata keçirir. 1.6 milyon dollar dəyəri olan bir şirkət üçün bu heç də pis göstərici deyil.

Ditrix “Forbes” jurnalının "2018 Dünya Milyonçuları" siyahısında 37 – ci sırada yer alan, dəqiq sərvəti 26 milyard dollar olan yeganə Avstriyalı milyonçudur. O, yeni bir məhsul ixtira etmədən, lakin bəsit bir məhsulu yaradıcı formada sataraq varlanan qeyri-adi bir sahibkardır.

Tamara Mustafayeva, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et