Ramazan bayramında neçə gün evdəyik? | Banco.az

Ramazan bayramında neçə gün evdəyik?

Qarşıdan gələn Ramazan bayramı və Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibəti ilə əhali üçün istirahət günləri müəyyən edilib, yəni bu ərəfədə qeyri-iş günləri olacaq. Lakin bir çoxları hələ də hansı günlərin qeyri-iş günü olduğunu dəqiq bilmir. Sizlər üçün aydınlaşdıraq.

Nazirlər Kabinetindən bildirilib ki, iyunun 26-da və 27-də ölkədə Ramazan bayramı qeyd ediləcək və həmin günlər qeyri-iş günləri hesab ediləcək.

Lakin iyunun 26-sı həm də Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü olduğundan və həmin gün də qeyri-iş günü hesab edildiyindən təqvim üzrə iş günlərində dəyişiklik edilərək qeyri-iş günlərinin sayı artırılıb. Ramazan bayramının bir gününün Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq, iyunun 28-i də qeyri-iş günü olacaq. Beləliklə, iyunun 26, 27 və 28-i ölkədə qeyri-iş günü olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Həftələrarası istirahət günləri iş günləri hesab olunmayan bayram günləri ilə ardıcıl gəldiyindən ölkədə 5 günlük iş həftəsi ilə işləyənlər üçün 5 gün, 6 günlük iş həftəsi ilə işləyənlər üçün isə 4 gün qeyri-iş günü olacaq.

Ən sərfəli krediti almaq üçün müraciət et