Rabitəbank rəqəmlərdə: 2013-2014 | Banco.az

Rabitəbank rəqəmlərdə: 2013-2014

Rabitəbankın xalis kredit portfeli 36,46% böyüyüb. Bu haqda Bankın maliyyə hesabatlarına istinad edən Banco.az məlumat verir.

Rabitəbank 2014-cü ilin yekunlarına dair illik hesabatları açıqlayıb.  Ötən 1 il ərzində Bankın məcmu kapitalı 10,92% artaraq, 58,479 milyon manata yüksəlib. Bankın aktivlərinin həcmi isə ümumilikdə 20,82% artıb və beləliklə, hazırda 305,054 milyon manat təşkil edir.

2013-cü illə müqayisədə Bankın overdraflar da daxil olmaqla cəmi kredit portfeli 37,59 %, xalis kredit porfeli isə 36,46% artmışdır.

Bununla yanaşı Bankın məqsədli ehtiyatlarının həcmi də əhəmiyyətli dərəcədə yüksəlmişdir.  2013-cü ildə Bankın kreditlər üzrə yaratdığı məqsədli ehtiyatların həcmi 5,421 mln manat olmuşdursa, 2014-cü ildə bu rəqəm 26,025 mln-a çatmışdır.

Ən sərfəli kredit üçün müraciət et

Müştərilərin müddətli depozitlərinin həcmi 37,98% artdığı halda, cari hesabların sayı -25,65% azalmışdır.

Başa çatmış il ərzində Bankın faiz gəlirləri 94,80 %, qeyri-faiz gəlirləri isə 11,08 % yüksəlib. Bankın faiz xərcləri  24,97 % artdığı halda, qeyri-faiz xərcləri cəmi 6,91 % artıb.

Beləliklə, Bankın vergidən öncəki mənfəəti 4,313 milyon manat, vergi ödəndikdən sonrakı mənfəəti isə 3, 139 milyon manat olmuşdur.

Daha ətraflı şəkildə infoqramda izləyə bilərsiniz.

|Create infographics

Ən sərfəli krediti almaq üçün müraciət et