“Rabitəbank” aktivlərinin həcmini artırdı! | Banco.az

“Rabitəbank” aktivlərinin həcmini artırdı!

Azərbaycanın bank sektorunda aparıcı mövqelərdən birini tutan Rabitəbank -ın  aktivləri 2017-ci il ərzində 31,7% artaraq 727 mln. manat,  məcmu kapitalı isə 92 mln manat təşkil etmişdir.

Müştərilərin müddətli əmanətlərinin həcmində də artım müşahidə edilib. Belə ki, göstəricilər 2,6 % artaraq 248 mln. manat, cari hesablar isə 89,2% artaraq 338 mln. manat təşkil etmişdir. İl ərzində bank tərəfindən 142 mln. manat həcmində kredit verilmişdir. Verilən kreditlərdən 96 mln manat biznes kreditləri və 46 mln. isə istehlak kreditləri təşkil etmişdir.

Cari ilin yekun gəlirlilik  göstəricilərinə gəldikdə isə xalis faiz gəlirləri 12 mln. manat , xalis qeyri-faiz gəlirləri isə 8 mln. həcmində olub.

Bank həmçinin,  2017-ci il  ərzində müştəriləri üçün 261 min dəfə 201 mln. manat həcmində sürətli pul köçürməsini və 286. min dəfə 17 mln. manat həcmində kommunal ödənişləri həyata keçirmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Bank 2017-ci il ərzində plastik kart infrastrukturunu möhkəmləndirərək aktiv plastik kart istifadəçilərinin sayını 50.340-a, ATM şəbəkəsini isə 61-ə çatdırmışdır. Müştərilərə Black Edition və Platinum premium kartlar verilmişdir.

Hazırda Rabitəbank-da 1400-dən çox hüquqi şəxs və 120 000-dən çox fiziki şəxslərdən ibarət müştəriyə xidmət olunur, həmçinin, bankda 615 nəfər təcrübəli və ixtisaslı peşəkar heyət çalışmaqdadır.  

Hazırda Bank ölkə ərazisində fəaliyyət göstərən 22 filial və 1 şöbə vasitəsi ilə Bakı şəhəri və Azərbaycanın 15 regionunu əhatə edir.

Rabitəbank 2018-ci ildə fəaliyyətinin 25-ci ilinə qədəm qoyur. Rabitəbank 25 il ərzində uğurlu inkişaf yolu keçmiş və ölkənin bank sektorunda öz layiqli yerini tutmaqla yanaşı, uzunmüddətli təcrübə və geniş müştəri bazası ilə gələcək inkişafı üçün də etibarlı bünövrə yarada bilmişdir. Bu illər ərzində 1993-cü ildə əsası qoyulmuş bankın müştərilərini ölkə əhalisinin istehsalat, tikinti, kənd təsərrüfatı, nəqliyyat, ticarət, kommunikasiya və digər sahələri təmsil edən müəssisələr və fərdi sahibkarlar təşkil edir. Öz fəaliyyətinin 25-ci ilində də Rabitəbank hər zaman olduğu kimi yüksək xidmət və çeşidli bank məhsulları ilə müştərilərinin xidmətindədir. 

Ən sərfəli krediti almaq üçün müraciət et