"Qızılın unsiyasının qiyməti 2000 dollar səviyyəsini aşa bilər" | Banco.az

"Qızılın unsiyasının qiyməti 2000 dollar səviyyəsini aşa bilər"

Qlobal investisiya bankı "Citigroup" qızılın unsiyasının qiymətinin 2000 dollar səviyyəsini aşacağını nəzərdə tutur.

ABŞ-ın qlobal investisiya bankı və maliyyə xidmətləri korporasiyası "Citigroup Inc" hazırladığı hesabatında, qızılın uzun müddət qiymətinin qalxacağını, yaxın bir və ya iki il ərzində çox güman ki, unsiyasının 2000 dollar səviyyəsini aşacağını qeyd edib.

Hesabatda "Daha uzun bir müddət üçün daha aşağı nominal və real faizlər, ABŞ-Çin ticarət müharibəsilə də artan qlobal durğunluq riskləri və dərinləşən geosiyasi münaqişələr qızılın qiymətini dəstəkləyir" - deyilir. 

Hesabatda qeyd edilib ki, qızılın qiyməti mərkəzi bankların və investorların alışları ilə yüksəlir.

Ən sərfəli kredit üçün müraciət et

"Citigroup", qızılın unsiyasının qiymətinin 2021/22 dövründə 1800-2000 dollara doğru yüksələcəyini gözləyir. 

Bank bu ayın əvvəlində 0-3 ay və 6-12 aylıq qiymət hədəflərini unsiya başına 1575 dollar və 1700 dollara dəyişdirmişdi. 

"Citigroup", "ABŞ-da istehlakçı xərcləri və iqtisadi artım hələlik davam edir, ancaq gəlir əyrisinin tərsinə dönməsindən və əsas statistik göstəricilərdə Böyük Böhrandan bu yana ən sürətli zəifləmələrə görə narahatıq",- bildirib.

Bakı vaxtı ilə saat 09:30-da qızılın unsiyasının qiyməti 1490 dollar səviyyələrində olub. Qiymətli metal bu il 16 faiz dəyər qazanıb. Qızılın unsiyasının qiyməti 2011-ci ildə 1921.17 dollar ilə tarixinin ən yüksək səviyyəsini görüb.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et