Qızıl, Trampın Avropanı təhdid etməsilə bahalaşıb | Banco.az

Qızıl, Trampın Avropanı təhdid etməsilə bahalaşıb

ABŞ Prezidenti Donald Tramp Avropa məhsullarına yeni tariflər tətbiq edə biləcəyini açıqlayıb. Bu təhdid ilə bağlı olaraq risk iştahı azalıb, qızıla isə tələb artdığından qiymətlər yüksəlib.  

Həmçinin investorlar ABŞ və Çin arasındakı ticarət danışıqlarındakı inkişafa dair yeni xəbərlər də gözləyirlər.

Ən sərfəli kredit üçün müraciət et

Trampın başçılıq etdiyi hökumət, Avropa Birliyinin (AB) "Boeing"in rəqibi "Airbus" şirkətinə subsidiya verməsinə qarşılıq, yeni sərnişin vertolyotları, müxtəlif pendirlər və şərablar, xizək geyimləri və bəzi motosikllərə gömrük vergisi tətbiq etməyi planlaşdırır.

Qızıl, Bazar ertəsi günü unsiyası 1303.79 dollar ilə 28 Martdan bu yana ən yüksək səviyyəsinə 
yüksəldikdən sonra hazırda 1299.47 dollardan alıcı tapır.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et