Web dizayn və Marketinq şirkəti WebPageFX tərəfindən edilən araşdırmaya görə, insanlar 90 saniyədən daha qısa bir müddətdə bir məhsul haqqında şüuraltı bir mühakimə yürüdürlər və bu insanların böyük bir qismi, yalnız rəngə görə bu qiymətləndirmə edirlər.
WebPageFX'in araşdırmasına görə, istehlakçıların təxminən olaraq 85%-i, müəyyən bir məhsulu satın almanın əsas səbəbi olaraq onların rəngi göstərilir və insanların 80%-i isə rəngin markanın şöhrətini artırdığına inanır.
Markaların logolarında ən çox yer verdiyi rənglərin başında gələn qırmızı, hisləri oyatmaqdan əlavə , qan təzyiqini da yüksəldir. Bununla birlikdə güc, enerji, ehtiras, eşq, təcavüzkarlıq və ya təhlükə kimi duyğuları hərəkətə keçirə bilən qırmızı rəngi, iştah artırdığı üçün xüsusilə fast food restoran şəbəkələri və qida markalarının logolarında yer alır. Cazibədar və enerjili bir rəng olması səbəbiylə sağlamlıq, gözəllik və əyləncə sektorlarında fəaliyyət göstərən markaların logolarında da ümumiyyətlə qırmızıya yer verilir.
ABŞ-da yerləşən "Pantone Matching System" (PMS) adlı rəng metodu ilə məşhur Pantone, əsasən çapda və bəzən müxtəlif rəngli boyalar, parça və plastik məhsullar istehsalı ilə məşğul olur. Onlar istifadə etdikləri qırmızı rəngi günəş və alovun istiliyi ilə əlaqələndirir və insanların tez-tez risk almağa məcbur etməyə təşviq etdiyini açıqlayıb. Qırmızı insan hislərini oyadan və qan təzyiqi yüksəltdiyini də müşahidə ediblər.
Marketinq baxımından qırmızı rəng fast food restoran şəbəkələrinin və ərzaq markalarının loqosuna daxildir, xüsusilə iştahı artırır. Burger King, McDonald's, KFC, Wendy's və Pizza Hut kimi fast-food restoranlar loqotiplərində qırmızı rəngə malikdir. Türkiyədən nümunə verəcək olsaq, ölkənin ən böyük qida istehsalçılarından olan Ülkər və Eti'nin logosunda da qırmızı rəng iştirak edir.
LogoDesign Guru'nun yazısına görə, qırmızı ümumiyyətlə markalaşmada müsbət bir oyanış yaradır. Bu səbəbdən, müxtəlif sektorlardan gələn bir çox şirkət qırmızı loqotiplərə sahibdir. Şirkətlər bu rəngdən güclü və yaddaqalan markalar yaratmaq üçün bu rəngdən istifadə edirlər. Çünki qırmızı diqqəti cəlb edən və düşünməyə təşviq edən bir ruhlandırıcı rəngdir. Lakin loqonuzda açıq qırmızı və ya tünd qırmızı istifadə edərsəniz, logo dizaynında qırmızı rəngin mənası dəyişə bilər. Buna görə bir çox fərqli marka bu rəngdən istifadə edir, demək olar ki, hamısı öz unikal tonlarına malikdir.