"Qeyri-neft ixracını təşviq edən strategiya həyata keçiriləcək” | Banco.az

"Qeyri-neft ixracını təşviq edən strategiya həyata keçiriləcək”

Azərbaycan hökuməti qeyri-neft ixracının artımını təşviq edən strategiya həyata keçirəcək.

Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Nazir qeyd edib ki, yalnız şaxələnmiş iqtisadiyyat dayanıqlı ola bilər: “Bu məsələ əvvəllər olduğu kimi əsas hədəflərdən biridir. Hökumət qeyri-neft ixracının genişləndirilməsinə və rəqabətli klastırların inkişafının sürətləndirilməsinə nail olmaq niyyətindədir. Bu məqsədlə qeyri-neft ixracının artımını təşviq edən strategiya həyata keçiriləcək”.

"İXRAC POTENSİALI YÜKSƏK OLAN 120-YƏ YAXIN MƏHSUL VAR"

Mikayıl Cabbarov əlavə edib ki, yeni milli ixrac strategiyası ixrac məhsullarının həm çeşidinin, həm də satış bazarlarının coğrafiyasının genişləndirilməsini ehtiva edəcək: "Hazırda ixrac potensialı yüksək olan ölkəmizin 120-yə yaxın məhsulu vardır. Bu məhsulların 20-dən çox hədəf bazarları üzrə istiqamətləndirilməsi nəzərdə tutulur. Bu sahədə innovativ ekosistem inkişaf etdirilməlidir. Qeyri-neft ixracının həcminin 2025-ci ildə 2020-ci ilə nisbətən 2 dəfə çox olması hədəflənir".

Qeyd edək ki, 2020-ci ildə qeyri neft-qaz məhsullarının ixracı əvvəlki illə müqayisədə faktiki qiymətlərlə 5,3 faiz, real ifadədə isə 16  faiz azalaraq 1 milyard 851,3 milyon dollar təşkil etmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Bir çox ölkələr vergi və valyuta siyasətləri, ixraca hazırlıq, markalaşma, bazar araşdırma, sərgilərdə iştirak və s. üsullar ilə ixraclarına dəstək verirlər.

marja

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et