Qeyri-işlək bank kreditlərinin xüsusi çəkisi azaldılacaq | Banco.az

Qeyri-işlək bank kreditlərinin xüsusi çəkisi azaldılacaq

Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında daha sağlam risk idarəetməsinin təmin edilməsi nəticəsində maliyyə dərinliyinin (cari kreditlərin qeyri-neft ÜDM-ə nisbəti) 60% təşkil etməsi, qeyri-işlək kredit (QİK) əmsalının mövcud 14%-dən 8%-dək endirilməsi hədəflənir.

Bu barədə "Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"nə istinadən xəbər verir.

Bankların risk profilində əsas yeri kredit riskləri təşkil edir. 2011-ci ildən 2015-ci ilədək QİK əmsalı ən yüksək həddinə çatıb. Belə ki, 2015-ci ildə cəmi portfel üzrə QİK əmsalı 13,9% təşkil etdiyi halda, Türkiyədə müvafiq göstərici 2,8% olub. 2016-cı ilin I rübündə Azərbaycanda cəmi portfel üzrə QİK əmsalı 16,8%-ə (milli valyuta portfeli üzrə 11,3%, xarici valyuta portfeli üzrə 22,4%) çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Banklarda sağlam risk idarəetmə təcrübəsinin tətbiq edilməsinin 2020-ci ildə real ÜDM-ə təsiri 205 mln. manat birbaşa və 30 mln. manat dolayı olmaqla, ümumilikdə 235 mln. manat həcmində qiymətləndirilir.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et