Qeyri-adi həyat tərzləri ilə diqqət çəkən milyarderlər | Banco.az

Qeyri-adi həyat tərzləri ilə diqqət çəkən milyarderlər

Hər insanın özünəməxsus həyat tərzi var və əgər söz milyarderlərdən gedirsə, onda bu insanların həyatı xüsusi diqqət cəlb edir. Belə milyaner və milyarderlər arasında özünəməxsus qəribəlikləri ilə seçilənlər də az deyil. Bəziləri lüks həyat tərzinə üstünlük versə də digərləri bunun tam əksinə daha sadə yaşamağı seçirlər.

Belə milyarderlərdən biri Virgin şirkətinin yaradıcısı Riçard Bransondur. Onun qurduğu musiqi şirkəti bir neçə il sonra çoxprofilli şirkətə çevrildi. Riçard Brenson hal-hazırda dünyaca tanınan milyaderlər sırasında yer almaqdadır. Amma o, öz sərvətindən çox keçirdiyi qeyri-adi həyat tərziylə insanların diqqətini cəlb etməyi bacarır. Rəngarəng və qeyri-standart həyat tərzinə görə bir çoxları onu hippi-milyarder olaraq tanıyır. Bu yaxınlarda məhşur milyarder AirAsia təyyarə şirkətinin uçuşlarının birində stüardessa paltarı ilə kameralar qarşısına keçib və hətta sərnişinlərə də qulluq edib. O, həm də çox səmimi rəhbər kimi də tanınır. Beləki, o, işçisinin yatdığı yerdə başı üstə selfi edərək öz sosial şəbəkə profilində paylaşmış və çoxlu müsbət rəylər almışdı.

Google əfsanəsi

Sergey Brin də öz sadəliyi ilə diqqət çəkən bir digər milyarderdir. Lakin bir çoxlarının əksinə o, hal-hazırda üç otaqlı evdə yaşayır və Toyota maşını sürür. Bundan əlavə milyarder tez-tez metrodan istifadə etməsilə də diqqəti cəlb edir. Milyarderin sevimli məkanlarından biri rus restoranıdır ki, bura öz qonaqlarını apararaq onları borş, blinçik kimi rus mətbəxi ilə tanış edir.

Ən sərfəli kredit üçün müraciət et

Xoşbəxt milyarder

Avstraliyalı milyarder Karl Rabeder kasıb ailədə doğulmuş, çoxlu çalışmaq hesabına 3 milyon dollar, ev və bahalı villanın sahibi olmuşdu. Lakin 47 yaşı olanda bütün bu varidatın onu heç də xoşbəxt etmədiyinin fərqinə varır və bütün mülkünü sataraq MyMicroCredit adlı şirkət yaradır, hansı ki, bu şirkət öz növbəsində Mərkəzi və Cənubi Amerikada kasıb ailələrə kredit verir. Hal-hazırda 50 yaşı olan milyarder kiçik bir evdə xoşbəxt həyatına davam edir və dünya səyahətinə çıxaraq müxtəlif yerlərdə mühazirələr deyir.

Evsiz milyarder

Nikolas Berqqryuen digərlərindən daha maraqlı bir həyat tərzinə malikdir desək yəqin ki, yanılmarıq. O, dəyəri 2 milyard dollar olan Berggruen Holdings şirkətinin yaradıcısıdır. 45 yaşı olarkən Nikolas bütün var-dövlətini sataraq daha fərqli yaşamağa başladı. Hal-hazırda heç bir evi olmayan milyarder küçələrdə yatmasa da dünya üzrə səyahətə çıxır, çox da baha olmayan otellərdə qalır. İşçilər onu çox yaxşı rəhbər olaraq tərifləyirlər.

Nəcibə Yusifova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et