Qəribə sığorta növləri | Banco.az

Qəribə sığorta növləri

Dünya ölkələrində bizdə ağla belə gəlməyən qəribə sığorta növləri tətbiq olunur. Bu qeyri-adi sığorta məhsulları çox az yayılsa da marağa səbəb olur və sığorta olunanlar üçün çox əhəmiyyətlidir. Amerika mətbuatına istinadən onlardan bir neçəsini sizə təqdim edirik.

Əvəzedilməz işçinin sığortası

İstənilən şirkətdə elə işçilər var ki, şirkətin bütün işləri, əsas uğurları daha çox onlardan asılıdır. Məhz bu insanlar biznesin davam etməsini və gəlirliliyini təmin edirlər. Belə vacib işçiləri itirmək şirkət üçün katastrofik ola bilər və onların əvəz olunmaları da çox çətindir. Bunun qarşısını almaq, ən azından belə əvəzedilməz işçinin itirilməsindən yaranacaq potensial riskləri azaltmaq üçün bəzi şirkətlər onları sığortalayırlar. Şirkətinizi güvən altına almağın onun dəyərli varlıqlarını - insanları sığortalamaqdan daha yaxşı bir yolu bir varmı?

Ən sərfəli kredit üçün müraciət et

Lotereyada iri məbləğ udmaqdan sığortalanma

Bəzi ölkələrdə şirkətlər işəgötürənlərə onların 2 və daha çox işçisinin lotereyada böyük məbləğdə pul udmaq riskinə qarşı sığorta təklif edir. O məntiqlə ki, lotereyada iri məbləğ udan işçilərin işləməkdən imtina etməsi mümkündür. Buna görə də, şirkətlər belə işçilərini iri lotereya uduşundan sığortalayırlar.

Mənbə: fins.az

Ən sərfəli krediti almaq üçün müraciət et