Qəhvənin işimizə təsiri | Banco.az

Qəhvənin işimizə təsiri

Bir fincan qəhvə rutin iş günündə çoxumuzun xilasedicisi hesab olunur. Yuxumuz gələndə, işləri sürətlə bitirmək istədiyimizdə və ya yaradıcılığa ehtiyac duyduğumuzda bir fincan isti qəhvə içib Supermenə çevrilmə xəyalını hamımız qururuq. Görəsən, qəhvə ona yüklədiyimiz o qədər mənanı qarşılayırmı? Yəni, bir fincan qəhvə həqiqətən yaradıcılığımıza təsir göstərir, bizi sürətləndirir və oyadırmı?

Araşdırmaya görə hər 10 insandan 6-sı gün ərzində mütləq ən az bir fincan qəhvə içir. Xüsusilə, sabahlar içilən qəhvə oyanmağımıza, həqiqətən, yardım edir. Ancaq qəhvənin yaradıcılığımıza təsir etməsini və məhsuldarlığımızı artırmasını istəyiriksə onu nə vaxt içməyimizin də çox əhəmiyyəti var. Mütəxəssislər sabah 09:30 – 11:30 arasında və günortadan sonra 13:30 – 17: 00 arasında içilən qəhvənin ən təsirli qəhvələr olduğu deyilir. Əslində qəhvə yaradıcılığımızı və qabiliyyətimizi deyil, sadəcə sürətimizi artırır. Yəni, etdiyiniz işdə yaradıcılıq və ya səriştə lazımdırsa, əslində, qəhvə çox işinizə yaramır. Ancaq daimi təkrar olunan bir işiniz varsa, qəhvə gördüyünüz işi sürətləndirməyinizə yol açır. Unutmamalı olduğunuz başqa bir mövzu da qəhvənin qana qarışması və bizə təsiri üçün onu ehtiyacımız olan saatdan təxminən yarım saat əvvəl içməyiniz lazımdır. Bədənə təsirini isə 5-6 saat ərzində hiss edəbilərsiniz. Əgər kofein tərkibli içkilərdən nadir hallarda istifadə edirsinizsə qəhvənin təsiri daha uzun müddət olduğu halda, siqaret və ya kofein aludəçisinizsə qəhvənin təsiri daha sürətlə bədəninizi tərk edir. Qəhvə aludəçilik yaradan bir içki olduğu üçün əgər bu vərdişinizə bir müddət ara versəniz, ciddi başağrılarınız ola bilər. Əgər qəhvəni tərgitməyə və ya azaltmağa qərar vermisinizsə, bol-bol su için, saqqız çiynəyin və ya başqa içkilərdən isifadə edin.

Ən sərfəli kredit üçün müraciət et

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et