Qazaxıstanda uçot dərəcəsi 11%-ə salınıb | Banco.az

Qazaxıstanda uçot dərəcəsi 11%-ə salınıb

Qazaxıstan Mərkəzi Bankı ölkədəki baza uçot dərəcəsini 12%-dən 11%-ə endirib. 

Bununla yanaşı, uçot dərəcəsi koridorunun aşağı həddi 10%, yuxarı həddi isə 13% olaraq müəyyən edilib. 

Xatırladaq ki, Qazaxıstanda bu ilin yanvar ayında inflyasiya hədəflənən səviyyə - 6-8%-dək geriləyib. 

Qazaxıstan Mərkəzi Bankının sədri Daniyar Akişevin sözlərinə görə, inflyasiya gözləntilərinin azalması, sabitliyin bərpası, daxili valyuta bazarında proqnozların verilə bilməsi, işgüzar fəallığın artması, eləcə də xarici amillərin müsbət tendensiyası pul-kredit siyasətini yumşaltmağa imkan yaradıb. 

Ən sərfəli kredit üçün müraciət et

Baş bankir yeni faiz endirimi qərarının verilməsi imkanlarını hələlik məhdud hesab etdiyini bildirib. 

Qeyd edək ki, Qazaxıstan 2016-cı il noyabrın 14-də uçot dərəcəsini 12,5%-dən 12%-ə endirib.

©Report

Ən sərfəli krediti almaq üçün müraciət et