Qatlana bilən və iki ekrana sahib ZTE Axon M smartfonu təqdim olundu | Banco.az

Qatlana bilən və iki ekrana sahib ZTE Axon M smartfonu təqdim olundu

Gözlənildiyi kimi “ZTE” şirkəti, iki ekrana sahib qatlana bilən Axon M adlı smartfonunu təqdim etdi.

Qatlanmış vəziyyətdə bu, 5.2 inç ekrana sahib adi smartfondur. Lakin açıq vəziyyətdə sözügedən cihaz planşetə çevrilir. ZTE Axon M metal korpusa sahibdir, onun konstruksiyası isə mini noutbooku xatırladır. Smartfonun hər iki tərəfi 5.2 inç Full HD ekrana sahibdir. Ekranların hər ikisi isə Gorilla Glass 5 qoruyucu şüşəsi ilə örtülüb. Sözügedən ekranlardan hər ikisi ilə eyni anda və ya ayrı-ayrı istifadə etmək olar.

Bununla belə ekranlardan hər biri əsas ekran kimi çixış edə bilər. Məsələn, istifadəçi bir ekranda əsas səhifəni, digərində isə tətbiqlər siyahısını aça bilər. Digər halda isə istifadəçi hər ekranda müxtəlif tətbiqləri işə sala bilər. Lazımi anda istifadə olunan tətbiq hər iki ekranda da əks oluna bilər. Digər özəllikləri baxımından isə ZTE Axon M, texniki göstəriciləri heç də pis olmayan standart smartfondur.

Ən sərfəli kredit üçün müraciət et

O, 4 nüvəli Snapdragon 821 prosessoru, 4 GB RAM, 64 GB daxili yaddaş (microSD dəstəkli), Quick Charge 3.0 funksiyalı 3180 mAh enerji tutumlu batareya və USB Type-C girişi ilə təchiz olunub. ZTE Axon M bir ədəd 20 MP-lik kamera ilə təchiz olunub və o, həm arxa həmdə ön kameranı əvəz edir. Sözügedən kamera f/1.8 diafraqmaya, faza avtofokusuna və optik stabilizasiyaya sahibdir. Həmçinin o, saniyədə 30 kadr sürətlə 4Kvideoçəkilişi də dəstəkləyir. ZTE Axon M, bu ilin payız fəslində satışa çıxacaq. ABŞ-da isə onun qiyməti 725$ təşkil edəcək.

Mənbə: Technote.az

Ən sərfəli krediti almaq üçün müraciət et