“Qarabağa doğru” | Banco.az

“Qarabağa doğru”

Əziz həmvətənlərimiz! Xalqımız hər zamankı kimi birlik nümayiş göstərərək Vətən uğrunda döyüşən igid əsgərlərimizə, ordumuza dəstək verir. Bu çətin dövrdə ordumuzun yanında olduğunuz üçün sizə dərin minnətdarlığımızı bildiririk.

Biz “166 Yükdaşıma və Logistika” şirkəti olaraq bu qürurverici təşəbbüsdə sizin tam yanınızdayıq. Ordumuza dəstək məqsədilə “Qarabağa doğru” layihəsinə start veririk. Belə ki, göndəriləcək lazımi əşyalar (bir qutu, bir predmet olsa belə) tam təmənnasız şəkildə cəbhəyə çatdırılacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bunun üçün, siz göndərmək istədiyiniz əşyaları Xırdalan şəhərində yerləşən “166 Yükdaşıma və Logistika” anbarına saat 09:00-dan 18:00-dək təhvil verə bilərsiniz. Eyni zamanda, digər şirkətləri bu təşəbbüsdən faydalanmağa dəvət edirik.

Hər həftənin çərşənbə axşamı, cümə axşamı və şənbə günləri yığılmış əşyalar cəbhəyanı bölgələrdə Müdafiə Nazirliyinin nümayəndələrinə təhvil veriləcək.

Əlaqə nömrəsi: 0502311666

Qələbə bizimlədir!

 

Ən sərfəli krediti almaq üçün müraciət et