"Qala Sığorta"nın rəhbərliyində dəyişiklik olub | Banco.az

"Qala Sığorta"nın rəhbərliyində dəyişiklik olub

"Qala Sığorta" ASC-nin İdarə Heyətinə (İH) sədr müavini təyin edilib. 

Bu barədə şirkətin İH-nin sədri Viladi Maniyev məlumat verib.

Onun sözlərinə görə, söhbət Fuad Allahverdiyevdən gedir. O, indiyə qədər "Qala Sığorta"nın İddialara nəzarət Departamentinin direktoru olub.

V.Maniyev və F.Allahverdiyevdən başqa şirkətin İH-də həm də Elmar İslam (baş mühasib) və Ülkər Əhmədzadə (məsul aktuari) üzv kimi təmsil olunurlar.

Ən sərfəli kredit üçün müraciət et

"Qala Sığorta"da iddialara nəzarət isə Elçin Süleymanova həvalə edilib. O, bundan əvvəl "Günay Sığorta" ASC-nin Təkrarsığorta və anderraytinq Departamentinin direktoru olub.

Xatırladaq ki, bundan əvvəl "Qala Sığorta"nın Direktorlar Şurasına (DŞ) yeni sədr təyin edilib, qurumun tərkibi yenilənib.

"Qala Sığorta" şirkəti 1999-cu ildən fəaliyyət göstərən "Çartis Azərbaycan" şirkətinin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 6,787 mln. manatdır. Şirkətin səhmləri 100% "AzRe Təkrarsığorta" ASC-yə məxsusdur. 

Mənbə - Report

Ən sərfəli krediti almaq üçün müraciət et