Pulunuzu necə düzgün dəyərləndirə bilərsiniz? - MÜSAHİBƏ | Banco.az

Pulunuzu necə düzgün dəyərləndirə bilərsiniz? - MÜSAHİBƏ

“Hazırda tək maliyyə məsələlərin icra prosesində deyil, istənilən sahə üzrə sistemli formada fəaliyyət göstərmək önəmli nüanslardan biridir. Çünki, plansız həyata keçirilən işlərin sonu insanların maddi və mənəvi çətinliklərlə qarşılaşmasına səbəb olur.”

Bu sözləri maliyyəçi ekspert Kəniş Qarayev maliyyə vəsaitlərinin düzgün idarə olunması haqqında Banco.az-a açıqlamasında bildirib.

Pul qazanmaq kimi pul xərcləməyi bilmək də bir qabiliyyətdir. Ətrafımızda “Heç nəyə pul çatdıra bilmirəm ” deyə gileylənən yüzlərlə insanlar var. Maraqlısı odur ki, bu şikayət xarakterli cümləni minimal məbləğdən maksimal həddə qədər maaş alan və ya gəlir əldə edən şəxslərin çoxsu səsləndirir. Ekspert K. Qarayev bu istiqamətdə rast gəlinən problemlərdən və çıxış yollarından danışıb.

“İnkişaf etməkdə olan ölkələrdə, eyni zamanda bizim yaşadığımız cəmiyyətdə də minimum əmək haqqlarının, əldə olunan gəlirlərin müəyyən qədər yüksək olmaması müşahidə olunur. Mövcud prosedur insanlara təklif olunan məhsulların, xidmətlərin satış qiymətləri ilə paralel mövqedə dayanmır. Nəticədə əldə olunan gəlirlər tələb olunan xərcləri qarşılaya bilmir. Bu zaman isə fiziki və ya hüquqi şəxs olmasından asılı olmayaraq, hər bir şəxsə planlı hərəkət sistemi qurması tövsiyyə olunur. Nəzər yetirsək, bizim müəyyən təlabatlarımız var ki, əldə olunan gəlirlərdən asılı olmayaraq onların qarşılanması vacib faktordur. Buraya gün ərzində qəbul edilən müxtəlif qidalar, yol xərcləri, kommunal ödənişlər və s. daxildir. Deməli, biz öncə yaşadığımız həyat şəraitini şərtləndirən önəmli təlabatların yer aldığı bir cədvəli formalaşdırmalıyıq. İkinci mərhələdə bizim normal və lüks ehtiyaclarımız gəlir ki, onları müvafiq olaraq əldə etdiyimiz orta və yüksək məbləğli gəlirlərə uyğun tənzimləməliyik. Əgər qazancımızın müəyyən qədər təlabatlarımızın hamısını ödəmək səviyyəsində olmadığını düşünürüksə, müəyyən zaman keçəndən sonra da gerçəkləşdirə biləcəyimiz bəzi ehtiyaclarımızdan imtina etməliyik. 

Bundan başqa, həm sağlamlığımızı həm də maddi durumumuzu yaxşılaşdıracaq bəzi nüanslar var. Məsələn, iş yerlərinin yaşayış ərazilərinin yaxınlığında yerləşməsi yol xərclərinin ödənmə problemini aradan qaldırır. Bu da, həmin xərclərin başqa lazımi istiqamətdə sərf olunması deməkdir.”

Ən sərfəli kredit üçün müraciət et

Ekspert hazırki bazar iqtisadi sistemində biznes qurmağın müəyyən qədər sadələşdiyini də qeyd edib:

“Müəyyən qrup kütlə var ki, əldə etdiyi gəlirlərin bir qisminin müxtəlif sahələrə yatırımını həyata keçirərək yeni investisiyalar əldə etməyə çalışır. Mən belə düşünürəm ki, hazırda bizim bazar iqtisadi cəmiyyətində gəlirlərin əldə olunması bir qədər rahatdır. Çünki digər ölkələrlə müqayisədə rəqabət bazarının nümayəndələri azlıq təşkil edir. Buna görə də, biz gəlirlərimizə müəyyən nisbətdə qənaət edərək əlimizdə toplanan maliyyə vəsaiti ilə yeni investisiya sahələri formalaşdıra bilərik. Hazırda internet dünyasında yaşadığımıza görə gəlir əldə etmək prosesi də asanlaşıb. Yəni, mövcud sahədə olan müşahidələrimə əsasən Forex bazarlarından istifadə etməyi, müxtəlif kursları tövsiyyə edirəm ki, kiçik məbləğlərlə biznesə başlasınlar. İnsanlar öz maraqlarına uyğun müxtəlif sahələrə yönələrək maliyyə gəlirlərini artıra bilərlər.”

Sonda K.Qarayev pulun zaman dəyərinin önəmli faktor olduğunu vurğulayıb:

“Ümumilikdə iqtisadiyyat sahəsində hərşeydən önəmli olan faktorlardan biri pulun zaman dəyəridir. Qısa şəkildə izah etsək, bu gün məbləğindən asılı olmayaraq əlimizdə olan maliyyə vəsaitinin dəyərinin növbəti gün üçün sahib olduğu meyarlardan daha üstün olması prosesidir. Yəni, bu baxış tərzi ilə yanaşıb həm infilyasiyaya uğramamaq, həm də yaranan fürsətlərdən vaxtında yararlanmaq lazımdır. “

Həmçinin oxu: Az büdcə ilə ayın sonuna qədər necə dolanmaq olar?

Aida İSAQ, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et