Puluna qənaət etmək istəyənlərə 7 məsləhət | Banco.az

Puluna qənaət etmək istəyənlərə 7 məsləhət

Qənaət edərək yaşamaq hər şeydən imtina etmək demək deyil. Əslində qənaət etmək dedikdə düzgün şəkildə pul xərcləmək nəzərdə tutulur.

İlk öncə pulları göyə uçurtmazdan əvvəl özünüzə sual verin:  Mən pulu nəyə xərcləyirəm və bu pulu xərcləməyə dəyərmi? Xərclədiyiniz pulların hesabından başlayaraq aldığınız pulların hesabını yoxlayın. Utanmayın, zəng eləyib araşdırın ki, niyə sizin telefon abunə haqqını, ya da kommunal xərclərinizi qaldırıblar. Çalışın öz xərclərinizi vaxtında ödəyəsiniz. Xərcləriniz artmamasına diqqət yetirin. 

Mağazaya getməzdən əvvəl alacağınız ərzaqların siyahısını tərtib edin. Aldığınız ərzaqları kredit kartı ilə yox, pulla odəyin. Ödədiyiniz pulların isə çeklərini saxlayın. Bu, sizə keyfiyyətsiz malların geri qaytarılmasına kömək edər.

Çalışın ən iri mağazalardan alış-veriş edəsiniz, çünki mağaza alınan malın reklamına pul sərf etmir və ona görə də bu mallar ucuz olur. Bu mallar gözəl görünməsələr də yüksək keyfiyyətə malikdirlər.

Ən sərfəli kredit üçün müraciət et

Psixoloqların fikrincə, insan ac olduqda düşünülməmiş addım atır. Ona görə də mağazaya getməzdən əvvəl yemək yeməyə çalışın.

Tələyə düşməyin. Hər zaman öz istəklərinizi nəzərə alın və mağazaya gedərkən nə alacağınızı mütləq öncədən qərarlaşdırın.

İş yerinizdə nahar yeməyinə sərf etdiyiniz xərcləri hesablayın. Bu zaman həmin yeməyin həm cibiniz, həm də sağlamlığınız üçün ziyanlı olduğunu görəcəksiniz. Özünüzlə işə yemək aparın ki, həm pulunuza qənaet etmiş olasınız, həm də sağlamlığınızı qoruyasınız. 

Mutəxəssislərin bildirdiyinə görə, qızdırıcı əşyalar çoxlu enerji aparır. Bu səbəbdən də onlardan qənaətlə istifadə etməyə çalışın.

Sevinc İbadova/Banco.az 

Ən sərfəli krediti almaq üçün müraciət et