"Pul Köçürmələri" haqqında nə bilirik? | Banco.az

"Pul Köçürmələri" haqqında nə bilirik?

Qəbul etməliyik ki, indiki vaxtda hər bir kəsin təcili olaraq pula ehtiyacı yarana bilər. Bu zaman üzümüzü tuturuq dostlarımıza, yaxınlarımıza, ailəmizə. Əvvəllər pul göndərilməsi yaxın məsafəyə mümkün idisə, indi dünyanın hansı məntəqəsinə olursa olsun, pul köçürülməsi asandır. Bunun üçün poçt, və ya banka getmək kifayət edir.

İlk öncə pul köçürülməsi anlayışına diqqət yetirək.

Pul köçürməsi – bank və ya poçt sistemi ilə pul vəsaitlərinin köçürülməsidir. Pul köçürmələri struktrunda həmişə yollayan, alanötürən şəxs iştirak edir. Pulu ötürən şəxs öz xidmətinə görə pul alır. Daxili – ölkədaxilində və xarici – xarici dövlətlərə olan pul köçürmələrinə ayrılır.

Banco Azərbaycanda fəaliyyət göstərən banklarıın təklif etdiyi pul köçürmələrinin ən çox istifadə olunan formalarını sizə təqdim edir:

  • Western Union- beynəlxalq pul köçürmələri sistemində ən qocaman pul köçürmə sistemidir. Western Union koorporasiyası 1871-ci ildən etibarən təcili pul köçürmələri ilə məşğuldur. Hal-hazırda dünyanın 200-dən çox ölkəsində təxminən 370 000  Western Union məntəqəsi fəaliyyət göstərir. Hər köçürmə əməliyyatı etibarlı təhlükəsizlik sistemi ilə mühafizə olunur və göndərilən pul vəsaitinin yalnız Siz tərəfindən qeyd olunan şəxsə ödənilməsinə zəmanət verir.. Köçürülmüş pul məbləğinin 10-15 dəqiqə ərzində bankda hesab açdırmadan müvafiq kodu göstərməklə əldə etmək olar. 
  • “LİDER” – bu sistem də beynəlxalq pul köcürmə sistemidir, aktiv inkişaf edir. MDB, Baltikyanı ölkələr və uzaq xaricdə geniş yayılmaqdadı, ekspress köçermədir və bank hesabı açılışını tələb etmir. Köçürmə tarifləri məbləğin 0,95%-nə bərabərdir ki, bu da rəqiblərlə müqayisədəd rekord gostəricidir. Liderlə köçürmələr, rubl, ABŞ dollar və Avro ilə aparıla bilər.
  • “KONTAKT” (Contact) – bu pul köçürmə sistemi 2000-ci ildən fəaliyyət göstərir. Dünyanın 80 ölkəsində nümayəndəliyi var, 28 000-dən çox məntəqəyə malikdir, bank hesabı açılışı tələb edilmir. Kontakt sistemi ilə, rus rublu, ABŞ dolları və Avro köçürülməsi mümkündür. KONTAKT vasitəsilə pul köçürmələri zamanı ölkədaxili köçürmələrdə, rus rublu ilə köçürmələrin 2%-i, Rusiyadan kənara- Baltikyanı, MDB və digər xarici ölkələrə köçermə zamanı, rus rublı, dollar və ya avro olmasından asılı olmayaraq 3 % kommission tutulur. Rusiya daxilində bu sistemlə pul köçermələrində məbləğ məhdudiyyəti yoxdur. 

Ən sərfəli kredit üçün müraciət et

  • “MONEX” - təcili pul köçürmə sistemi 2011-ci ildə yaradılıb. “MONEX” sistemi fiziki şəxslər arasında beynəlxalq və ölkədaxili pul köçürmələri üçün vasitədir. Bu sistem vasitəsilə hal-hazırda Azərbaycan, Gürcüstan, Rusiya, Böyük Britaniya, Çexiya, Monqolustan, Nepal, Özbəkistan, B.Ə.Ə., Səudiyyə Ərəbistan və Küveyt məntəqələrində xidmət olunur. “MONEX”nin üstünlükləri: Tariflərin müştərilər üçün son dərəcə münasibliyi; Azərbaycan daxili pul köçürməsi ünvansız göndərilir və müştəri istədiyi bölgədən vəsaiti ala bilər; Köçürmənin qısa müddət ərzində həyata keçirilməsi. Manat, ABŞ dolları, AVRO və Rusiya rublu ilə köçürmələr aparmaq mümkündür.
  • “BLİZKO” - Köçürmələr rus rublu, ABŞ dolları və avro ilə həyata keçirilə bilər. Hər bir pul köçürməsi 8 rəqəmli unikal Nəzarət nömrəsi ilə etibarlı mühafizə olunur. BLIZKO sistemi üzrə köçürmənin yola salınmasından 1 dəqiqə sonra pul köçürməsi təyinat nöqtəsinə çatır . Sistemin istənilən xidmət məntəqəsində, köçürmənin hansı şəhərə göndərilməsindən asılı olmayaraq, pulu almaq mümkündür.
  • “PRİVATMONEY”- beynəlxalq təcili (hesab açılmadan) pul köçürmələri sistemi 2001-ci ildə yaradılmışdır və hazırda Ukraynanın bütün ərazisində, Rusiyanın, İtaliyanın, Böyük Britaniyanın, Kiprin, Latviyanın, Çexiyanın, Portuqaliyanın, Azərbaycanın, Belarusun, Qırğızstanın, Tacikistanın və Moldovanın ən iri yaşayış ərazilərində yerləşən 5 000-dən artıq məntəqə və şöbəni əhatə edir.

Bu kimi bir çox sistem vasitəsilə pulunuz tez bir zamanda təhlükəsiz olaraq ünvanına çatdırılır.

 

Ən sərfəli krediti almaq üçün müraciət et