Proqnoz: "Bitcoin" sabit qalacaq, digər kriptovalyutalar bahalaşacaq | Banco.az

Proqnoz: "Bitcoin" sabit qalacaq, digər kriptovalyutalar bahalaşacaq

Qlobal kriptovalyuta bazarının kapitallaşması 500 mlrd. dollar səviyyəsini keçərək yeni tarixi rekorda yüksəlib.

"Coinmarketcap.com" saytına istinadən xəbər verilir ki, buna səbəb bu gün bir çox kiçik kapitallaşmalı kriptovalyutaların bahalaşması amili olub. Qeyd edək ki, "Bitcoin" fyuçersləri dekabrın 10-da Çikaqo birjasında tədavülə başlamasından sonra volatilliyini itirib və 16-18 min dollar diapazonunda sabitləşib. Bu səbəbdən spekulyativ əməliyyatlar digər kriptovalyutalara sıçrayıb.

Ən sərfəli kredit üçün müraciət et

Dünən "Litecoin" 80%-ə yaxın, bu gün isə "Ripple" 75%-ə yaxın bahalaşıb. Həmçinin ikinci ən böyük kapitallaşmaya sahib olan "Etherium" 27% bahalaşıb.

"Bitcoin"in qiymətinin yaxın 1-2 ayda sabit qalacağı, digər kriptovalyutaların bahalaşacağı proqnozlaşdırılır.

Xatırladaq ki, hazırda 1 349 kriptovalyuta 7 368 rəqəmsal valyuta birjasında tədavül edir.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et