Proqnoz: 2017-ci ildə "Brent" markalı neftin orta qiyməti 65 dollar olacaq | Banco.az

Proqnoz: 2017-ci ildə "Brent" markalı neftin orta qiyməti 65 dollar olacaq

Dünyanın ən böyük bank və investisiya şirkətlərinin son üç ayda verdiyi proqnozlar əsasında bir sıra xammal və valyuta növləri üzrə orta qiymətlər hesablanıb. "Report"un "Forexpf.ru" saytına istinadən verdiyi xəbərə görə, burada 2015-ci ilin IV rübü də daxil olmaqla, 2017-ci ilə qədər olan proqnozlar yer alıb.

Belə ki, 2015-ci ilin IV rübü üçün "Brent" markalı xam neftin qiyməti 50 dollar/barel, 2016-cı ilin I rübü üçün 53,50 dollar/barel, II rübü üçün 57,50 dollar/barel, III rübü üçün 60 dollar/barel və IV rübü üçün 59 dollar/barel proqnozlaşdırılıb. 2017-ci il üçün isə orta qiymət proqnozu 65 dollar/barel səviyyəsində müəyyən edilib.

Qızılın qiyməti 2015-ci ilin IV rübü üçün 1 145 dollar/unsiya, 2016-cı ilin I rübü üçün 1 125 dollar/unsiya, II rübü üçün 1 142 dollar/unsiya, III rübü üçün 1 125 dollar/unsiya və IV rübü üçün 1 170 dollar/unsiya proqnozlaşdırılır, 2017-ci il üçün isə 1 212,5 dollar/unsiya nəzərdə tutulub.

Ən sərfəli kredit üçün müraciət et

Avronun məzənnəsinin 2015-ci ilin IV rübündə 1,08 USD, 2016-cı ilin ilk üç rübündə 1,07 USD, son rübündə 1,06 USD, 2017-ci ildə isə 1,10 USD olacağı gözlənilir.

Qeyd edək ki, Rusiyada dolların məzənnəsinin cari ilin son rübündə 68,65 rubl, 2016-cı ilin ilk rübündə 67,79 rubl, II rübündə 67,30 rubl, III rübündə 66,56 rubl, IV rübündə 61,43 rubl, 2017-ci ildə isə 55 rubl olacağı proqnozlaşdırılır.

Ən sərfəli krediti almaq üçün müraciət et