Procter & Gamble şirkətindən maraqlı yenilik | Banco.az

Procter & Gamble şirkətindən maraqlı yenilik

Procter & Gamble şirkəti çox maraqlı açıqlama ilə gündəmə gəlib. Belə ki, hər zaman duyğulara xitab edən reklamları ilə insanların diqqətini çəkən şirkət bu dəfə daha maraqlı tədbir həyata keçirmək niyyətində olduğunu açıqlayıb. Şirkət ingilis dilində istifadə olunan bəzi söz birləşmələrinin qısaldılmış formasını öz brendləri üçün istifadə etmək niyyətindədir. Belə sözlər içərisində LOL (Laughing Out Loud, “Ürəkdən gülmək”), WTF (What The Fuck, “Lənətə gəlsin”), NBD (No Big Deal, “Böyük bir problem deyil”) FML (Fuck My Life, “Lənətə gəlmiş həyatım”) kimi sözlər yer almaqdadır.

Belə güman olunur ki, belə sözlər əsas etibarilə maye sabun, qab yuyan maye, təmizlik vasitələri və hava təmizləyici vasitələr üçün nəzərdə tutulub. Bu qərarın səbəbini açıqlayan şirkətin idarə heyətinin direktoru Nelson Pelç 2017-ci ildə CNBC kanalına verdiyi açıqlamada cavanların markalara münasibətinin xüsusi önəm daşıdığını bildirib. O, öz çıxışında universal adların cavanların diqqətini çəkmədiyini, buna görə də emosional təsirin vacib olduğunu açıqlayıb.

Ən sərfəli kredit üçün müraciət et

Procter & Gamble şirkəti bu mövzuda tam olaraq öz mövqeyini açıqlamasa da Ad Age-in məlumatına görə ABŞ-nın bu istiqamətdə fəaliyyət göstərən təşkilatı şirkətdən bu mövzuda 2019-cu ilədək açıqlama verməsini gözləyir.

Nəcibə Yusifova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et