Priority Pass - VİP zallara çıxış imkanı | Banco.az

Priority Pass - VİP zallara çıxış imkanı

Priority Pass hava limanında birinci dərəcəli və VİP zallara daxil olmağa imkan verən dünyanın ən böyük şəbəkəsinə malik bir sistemdir. Kart əsasən daima səyahətlər edən biznesmenlər üçün sərfəlidir və bu zaman kart sahibləri aşağıdakı üstünlüklərdən yararlana biləcəklər:

  • Sakitçilik və rahatlıq - hava limanı zalları kifayət qədər stressli bir yerdir. Gözləmə anını sakitlik içərisində keçirmək və zalın səs-küyündən azad olmaq üçün sadəcə Priority Pass kartınızı təqdim etmək kifayət edir. Bununla da siz aviabiletinizin sinifindən asılı olmayaraq VİP zallara çıxış əldə edə biləcəksiniz. 
  • Geniş əhatə şəbəkəsi  - dünyanın 120-dən çox ölkəsi və 400-dən çox şəhəri ilə bütün tip xidmət təklif edən dünyanın ən böyük proqramıdır. 
  • Ümumi xərclərin aşağı olması - illik üzvlük haqqı əla imkanlar təmin edir. Belə ki, siz nəinki özünüz, həm də biznes tərəfdaşlarınızı ( maksimum 10 nəfər) da özünüzlə zala dəvət edə biləcəksiniz. 
  • Valyuta ilə bağlı çətinliklərin aradan qaldırılması - yerli valyutanı almaq məcburiyyətindən qurtulmaq

Azərbaycanda da Priority Pass kartlarını təklif edən bir sıra banklar mövcuddur. Bu kartları sərfəli şərtlərlə yanaşı, pulsuz da əldə edə bilərsiniz. 

Unibank

Unibank tərəfindən təqdim olunan Priority Pass kartlarını yalnız 30 AZN/USD/EUR/GBP ödəməklə əldə edə bilərsiniz. Minimal sığorta məbləği isə  100AZN/USD/EUR/GBP-dir.

AtaBank

AtaBankdan Priority Pass kartlarını puılsuz əldə edə bilərsiniz. Bunun üçün bankda VİP (minimal məbləğ - 50000 AZN/USD/EUR) əmanətinizin olması kifayətdir. 

Bank Avrasiya

Bank Avrasiya`da Priority Pass kartını iki üsulla əldə edə bilərsiniz. Birincisi, əgər sizin Bank Avrasiyadan Platinum kartınız varsa, onda Priority Pass kartı sizə pulsuz olaraq verilir. Bununla yanaşı, siz kartı xidmət haqqı ödəməklə (2 illik-50 AZN, ilkin mədaxil - 250 AZN) də əldə edə bilərsiniz. VİP zallara giriş haqqı isə 28 USD təşkil edir.

Ən sərfəli kredit üçün müraciət et

Bank Respublika

Əgər siz Bank Respublika bankından Priority Pass xidmət kartını əldə etmək istəyirsinizsə, bu zaman 50 AZN (2 illik) ödəməyiniz kifayət edir. Bir nəfər üçün VİP-zalın xidmətlərindən istifadə haqqı 25 AZN bərabərdir.

Bank Standard

Bank Standard`da Priority Pass kartının 1 illik xidmət haqqı 50 AZN/USD, ilkin mədaxil məbləği isə 200 AZN/USD-dir.  Bununla yanaşı VİP zallardan istifadə haqqı da digər banklara nisbətən bahadır və 35 USD təşkil edir. 

Kapital Bank

Kapital Bank`da 500.000 AZN/USD/EUR-dan yuxarı VİP depozitiniz varsa, onda sizə Priority Pass discount kartı hədiyyə olaraq verilir. 

Xalq Bank

Xalq Bank`da Priority Pass kartını iki növ tarif paketindən (Gold və Platinum Paket) yararlanaraq əldə edə bilərsiniz. Kart paketlərinin qiymətləri (Gold paket - 50 AZN; Platinum paket - 100 AZN) olaraq müəyyən edilmişdir. 

Bank Technique

Bank Technique`dən Visa Platinum/MasterCard Platinum, Visa İnfinite və MasterCard Diamond kartlarını əldə etmisinizsə, onda Priority Pass kartı sizə hədiyyə olaraq veriləcək.

Bununla yanaşı Priority Pass kartlarını AGBankdan da əldə edə bilərsiniz. Ətraflı məlumatı həmçinin Priority Pass saytına daxil ola bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et