Prezident: "Valyuta ehtiyatlarımız artır, maliyyə vəziyyətimiz də çox sabitdir" | Banco.az

Prezident: "Valyuta ehtiyatlarımız artır, maliyyə vəziyyətimiz də çox sabitdir"

"Valyuta ehtiyatlarımız da artır, maliyyə vəziyyətimiz də çox sabitdir". 

Bunu  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də Sumqayıt Kimya Sənaye Parkında görülən işlərlə tanışlıq, yeni müəssisələrin təməlqoyma və açılış mərasimlərində çıxışı zamanı bildirib. 

Ən sərfəli kredit üçün müraciət et

"Biz ili uğurla başa vururuq. On bir ayda sənaye istehsalı qeyri-neft sahəsində 3,5 faiz, qeyri-neft iqtisadiyyatımız 2,4 faiz, kənd təsərrüfatı 4 faizdən çox artıbdır. Budur, əsas iqtisadi göstəricilərimiz. Valyuta ehtiyatlarımız da artır, maliyyə vəziyyətimiz də çox sabitdir. Bu gün Azərbaycan belə gözəl əsərlər yaradır və xalqımıza bəxş edir", - dövlət başçısı qeyd edib.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et