Prezident Mərkəzi Bankın sədr müavinini işdən azad etdi | Banco.az

Prezident Mərkəzi Bankın sədr müavinini işdən azad etdi

Azərbaycan Mərkəzi Bankı (AMB) sədrinin müavini, İdarə Heyətinin üzvü Xəqani Abdullayev vəzifəsindən azad edilib. Bu barədə Azərbaycan Prezidenti sərəncam imzalayıb.

Məlumata görə, bir müddət əvvəl X.Abdullayev vəzifəsindən azad edilməsi ilə bağlı ərizə yazmışdır.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, X.Abdullayev 2010-cu ilin aprel ayında sədr müavini təyin edilib, 2015-ci ilin aprelində isə İdarə Heyətinin üzvü seçilib.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et