Piksel satışı ilə bir milyon dollar necə qazanmaq olar? | Banco.az

Piksel satışı ilə bir milyon dollar necə qazanmaq olar?

26 avqust tarixində Britaniyalı tələbə Aleks Tyu Milliondollarhomepage.com saytını ərsəyə gətirir.

İlk baxışda saytın əsas səhifəsi piksellərdən ibarət kvadratı (1000 × 1000) xatırladırdı.Ən kiçik xana isə tərəfi 10 piksel olan kvadrat olub 100 dollar qiymətində olub.

Aleksin saytı yaratmağda əsas məqsədi təhsil haqqını ödəyərək valideynlərinə kömək etmək idi.

Layihə olaraq Milliondollarhomepage tanınmaya bilərdi, əgər Aleksin dostları ilk alıcılar olmasaydılar. Bəs siz dostunuza kömək məqsədi ilə reklamın balaca bir kvadratda yerləşdirilməsi üçün 100 ABŞ dolları ödəyərdiniz? Aleksə yardım etmək istəyən insanlar isə az deyildi. İlk gün dostlarından biri 100 dollar ödəyərək xanalardan birini alır. Üç gün sonra isə digər dostu öz saytının reklamı üçün 400 dollarlıq xana əldə edir. İki həftənin nəticəsinə görə dostlar və qohumların aldığı reklam xanalarından əldə edilən vəsait 4700 dollar təşkil edir.

Ən sərfəli kredit üçün müraciət et

Sayt fəaliyyətə başladıqdan sonra istifadəçi sayı 65 min insan, gəlir isə 250 min dollara qədər artır. İkinci ay isə saytın reklam xanalarının yarısı satılır(500,9 min piksel) və gəlir artaraq yarım milyon dollara çatır.

İlin sonuna yaxın artıq saytda bir sutkalıq istifadəçi sayı bir milyona çatır. 2005-ci ilin sonu, 990 min piksel artıq satılır. Sonuncu 1000 min piksellik xana saytda hələ də, satışdadır. 2006-cı ildə isə  Aleks Tyu sonuncu xananı hərraca çıxarır (eBay).  Hərracın gedişatı ərzində 1000 piksellik xana 160 min dollar dəyərində qiymətləndirilsə də nəticə ləğv edilir. Beləliklə sonuncu reklam xanası 37 100 dollara satılır. 

Aleks Tyu, 2017-ci ildə Apple App Store-də seçilən "Calm" tətbiqinin həmtəsisçisidir.

Günel Gözəlova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et