Pay torpağı olan işsiz kimi qeydiyyata düşə bilərmi? | Banco.az

Pay torpağı olan işsiz kimi qeydiyyata düşə bilərmi?

Azərbaycanda koronavirusa görə işsiz qalan aztəminatlı şəxslərə birdəfəlik 190 manat vəsait ödələnilir. Sözügedən vəsaiti alacaq şəxslər öncə işsizlik statusunu rəsmiləşdirmək üçün ilk olaraq www.e-sosial.az saytında qeydiyyatdan keçməlidirlər.

Çoxlarını maraqlandıran məqam isə, işsiz kimi qeydiyyata düşməklə bağlıdır.

Sual: Mülkiyyətində torpaq olan şəxslər işsiz kimi qeydiyyatdan keçə bilər? Söhbət birdəfəlik sosial müavinətdən getmir.

Cavab: “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinin 4.1.3. bəndinə əsasən sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri məşğul şəxslər sayılırlar. Həmçinin Qanunun 5.12.1. maddəsinə əsasən həmin Qanunun 4.1.3 bəndində nəzərdə tutulan şəxslərin, yəni sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvlərinin işsiz kimi qeydiyyata alınmasına yol verilmir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, birdəfəlik ödəmə proqramının əhatə dairəsinin 3 dəfə artırılması, ümumilikdə 600 min şəxsin birdəfəlik ödəmə ilə təminatı nəzərdə tutulub.

Ted

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et