Paulo Koelyodan dəyərli sitatlar | Banco.az

Paulo Koelyodan dəyərli sitatlar

1. Əgər soruşsan ki, mənimlə birlikdə olmaq sənə xoşdurmu, cavab verəcəyim ki, “Hə”.. Amma əgər soruşsan ki, sənsiz yaşaya biləcəyəmmi, cavab yenə də eyni olacaq.

2. Yalnız bir məfhum arzunun yerinə yetirilməsini qeyri-mümkün edir – bu da uğursuzluq qorxusudur.

3. Xoşbəxtlik bəzən bizə bəxşiş kimi verilir, amma əksər hallarda o, qələbə və dəf etmələrlə əldə edilir.

4.  Gözlənildiyimiz yerə bizə həmişə lap vaxtında yetişirik.

5. Ətrafında daima eyni adamlar olanda, onların sənin həyatına qarışmaları sanki öz-özünə baş verir. Onlar sənin həyatına daxil olandan bir müddət sonra səni dəyişməyə çalışır, səni özlərinin görmək istədiyi kimi olmağa sövq edirlər. Bu olmayanda, yəni sən onların görmək istədiyi kimi olmayanda inciyirlər.  Sanki hər kəs tamamı ilə dəqiq şəkildə bilir ki, bu dünyada necə yaşamaq lazımdır. Amma nədənsə məhz öz həyatını heç kəs qaydaya sala bilmir.

Ən sərfəli kredit üçün müraciət et

6. Sevgi insanı hər kəsə çevirə bilər. Sevəndə nə baş verdiyini anlamaq tamamı ilə lazımsızdır. Çünki hər şey insanın daxilində baş verir və insan hətta küləyə çevrilməyə belə qadirdir. 

7. Sevgi bizim zəkamızı itiləyən, yaradıcı fantaziyamızı yuxudan ayıldan, bizi saflaşdıran və sərbəstlik bəxş edən yeganə məfhumdur.

8. Sevgi vərdiş deyil, güzəşt də deyil, şübhə də deyil. O romantik musiqinin bizə öyrətdikləri də deyil. Sevgi var. Onun heç bir tərifi və izahı yoxdur. Sev və soruşma. Sadəcə sev

9. Körpələr böyüklərə üç şey öyrədə bilər: heç bir səbəb olmadan sevinmək, həmişə özünə bir məşğuliyyət tapmaq və öz israrlı olmaq (təkid etmək).

10.  Başqalarının nə fikirləşdiyinin heç bir önəmi yoxdur, çünki onlar istənilən halda nəsə fikirləşəcəklər. Ona görə bir az rahatlan. 

.

Ən sərfəli krediti almaq üçün müraciət et