Pasha Holding-də iş imkanı! | Banco.az

Pasha Holding-də iş imkanı!

PASHA Holding Qrup üzrə Risklərin idarə edilməsi departamentində Risklər üzrə mütəxəssis vakansiyasını doldurmaq üçün təcrübəli namizədləri dəvət edir.

Risklər üzrə mütəxəssis vəzifəsinə tələblər:

• Müxtəlif hesablama vasitələri və üsullarından istifadə edərək “PAŞA Holding”ə daxil olan sığorta şirkətlərinin bazar, kredit, sığorta və əməliyyat risklərini qiymətləndirə biləcək analitik metodların və modellərin hazırlanması;
• Ehtiyatlanma modelinin, aktuar ehtiyatların hesablanması və metodologiyasının yaradılması və tətbiqi məqsədilə sığorta şirkətlərinin risk qrupları ilə sıx ünsiyyətin və əməkdaşlığın saxlanılması;
• Fəaliyyət planının müəyyən edilməsi məqsədilə anderraytinq nəticələrinə təsir edən amillərin və tendensiyaların təhlilinin təmin edilməsi;
• Daxili risk modellərinin nəticələrinə əsasən daxili risk hesabatlarının idarə edilməsi;
• Risk göstəricilərinin/mexanizmlərin müəyyən edilməsi və risklərin ölçülməsi üçün istifadə olunan məlumatların/ölçü göstəricilərinin təyin edilməsi;
• Risk proqramının irəli aparılması/maneələrin aradan qaldırılması məqsədilə, ehtiyac yarandığı halda, dəyişiklikləri asanlaşdırmaq üçün müxtəlif maraqlı tərəflər ilə əməkdaşlığın edilməsi.

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:

• İqtisadiyyat, Statistika, Riyaziyyat və ya Kibernetika sahəsində bakalavr və/ və ya magistr dərəcəsi;
• Sığorta ilə əlaqəli sahədə 2 il iş təcrübəsi;
• Güclü analitik yazı qabiliyyəti;
• Məlumatların idarə edilməsi və təhlil sahəsində geniş bacarıqlar;
• VBA təcrübəsi və SQL biliyi arzuolunandır;
• FRM sertifikatı və/və ya Aktuar lisenziyası üstünlükdür.

Müraciət etmə qaydaları: 

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur: 
• CV recruitment@pasha-holding.az ünvanına göndərilməlidir;
• Mövzu sətrində “Risklər üzrə mütəxəssis” qeyd olunmalıdır;
• CV-lər  8 aprel, 2018-ci il tarixinə qədər göndərilməlidir.

Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən geç müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.

Bankirə sual

BANKİRƏ SUAL VER

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç