"PASHA Bank-Georgia"nın rəhbərliyində dəyişiklik olub | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

"PASHA Bank-Georgia"nın rəhbərliyində dəyişiklik olub

"PASHA Bank-Georgia"nın rəhbərliyində dəyişiklik olunub.

Banco.az  "APA-Economics"ə istinadən xəbər verir ki, "PASHA Bank-Georgia"nın Direktorlar Şurasının üzvü Anar İsmayılov vəzifəsindən uzaqlaşdırılıb. Bu vəzifə Çingiz Abdullayevə həvalə olunub. Ç. Abdullayev cari ilin yanvarın 13-dən vəzifəsinin icrasına başlayıb.

1999-cu ildə Qərb Universiteti, 2005-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetini bitirən Ç. Abdullayev öz karyerasına 2000-ci ildə Bakı Fond Birjasında Listinq şöbəsinin rəhbəri kimi başlayıb. 2003-cü ildən “Deloitte” şirkətində çalışan Ç. Abdullayev "KPMG Rusiya" və digər şirkətlərdə çalışıb. O, 2014-cü ildən “PASHA Bank-Georgia” maliyyə Menecementi departamentinin rəhbəri kimi fəaliyyət göstərib.

Xatırladaq ki, A. İsmayılov əvvəl "PAŞA Bank-Georgia"nın Direktorlar Şurasının sədri olub. Bundan öncə "PASHA Bank"ın İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı vəzifəsini tutmuş Şahin Məmmədov 2014-cü ilin iyulun 1-dən bu vəzifəyə təyin ediləndən sonra A. İsmayılov Direktorlar Şurasının üzvü kimi fəaliyyətini davam etdirib.