"PAŞA Sığorta" işçi axtarır | Banco.az

"PAŞA Sığorta" işçi axtarır

“PAŞA Sığorta” ASC namizədləri Korporativ Maliyyə üzrə Mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

  • Aylıq əsasda büdcənin icrasına nəzarət və bu istiqamətdə müqayisə və təhlillərinin aparılmasında və müvafiq təqdimatın hazırlanmasında bilavasitə iştirak etmək;
  • Aylıq korporativ hesabatların və Şirkətin Beynəlxalq Maliyyə Hesabatları Standartları   üzrə yarım-illik və illik maliyyə hesabatlarının hazırlanmasında bilavasitə iştirak etmək;
  • Hesabat prosedurlarını daxili nəzarət tələblərinə və beynəlxalq maliyyə hesabatı standartlarına cavab verən şəkildə icra etmək;
  • Daxili hesabat sisteminin inkişaf prosesinə tövhə vermək və bu prosesin davamlı təkmilləşdirilməsinə dəstək olmaq.
  • Departamentlər tərəfindən təqdim olunan məlumatların dəqiqliyi, düzgünlüyü və tamlığını təhlil etmək və son məlumatları konsolidə etmək;
  • Departamentlər tərəfindən büdcənin icrası haqqında məlumat toplamaq;
  • Departamentlərə müxtəlif planlama və proqnoz işləri üçün zəruriyyət yarandıqda məlumat dəstəyi göstərmək;
  • Prosesin müasir tələb və üsullara uyğunluğu və təkmilləşdirilməsi istiqamətində mütəmadi olaraq müxtəlif təşəbbüslər irəli sürmək.
  • Xərclərə, təsdiqlənmiş illik büdcə çərçivəsində mütəmadi olaraq nəzarət etmək və kənarlaşmalar yarandıqda birbaşa rəhbəri və müvafiq departamenti məlumatlandırmaq;
  • Aylıq olaraq xərclərin səmərəliliyini və məqsədyönlü olmasını təhlil etmək, mal və xidmətlərin alış qiymətlərini nəzərdən keçirmək, xərclərin azaldılması və bu kimi istiqamətlərdə alternativ təşəbbüslər ilə çıxış etmək;
  • Xərc və gəlirlərin təhlil mərkəzləri üzrə bölüşdürülməsi isitqamətində işlər aparmaq;
  • Təkrar ödənişlərin qarşısının alınması məqsədilə nəzarətedici kimi çıxış etmək.

Bilik və bacarıqlar:

Ən sərfəli kredit üçün müraciət et

  • Maliyyə istiqamətində ali təhsil;
  • Ümumi qəbul olunmuş mühasibat prinsipləri və qaydaları, beynəlxalq maliyyə menecmenti və iqtisadi prinsiplər üzrə nəzəri biliklər;
  • Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti;
  • Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq;
  • Vəzifə öhdəlikləri üzrə mövqeyini izah və müdafiə etmək bacarığı; 
  • Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
  • MS Office ilə qabaqcıl istifadə bacarıqları;
  • Azərbaycan və rus dillərində sərbəst danışıq bacarığı, işgüzar ingilis dilinin qabaqcıl səviyyəsi.
  • ACCA, CİMA sertifikatlarına malik olan və kənar audit (Big four) şirkətlərində təcrübəsi olan namizədlərə üstünlük verilir.

Son müraciət tarixi: 31 Yanvar, 2017.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.

Ən sərfəli krediti almaq üçün müraciət et