PAŞA Sığorta “Ən yaxşı qonşu” kampaniyasını müştərilərə təqdim edir | Banco.az

PAŞA Sığorta “Ən yaxşı qonşu” kampaniyasını müştərilərə təqdim edir

PAŞA Sığorta şirkəti 10 illik yubileyi ilə əlaqədar “Ən yaxşı qonşu” adlı yeni əmlak sığortası kampaniyasını müştərilərə təqdim edir.

Azərbaycan sığorta bazarının lideri olan PAŞA Sığorta 10 illik yubileyi ilə əlaqədar “Ən yaxşı qonşu” adlı yeni əmlak sığortası kampaniyasını müştərilərinə təqdim edir. Kampaniyanın əsas məqsədi daha az xərclə insanların rahatlığını və təhlükəsizliyini təmin etməkdir.

May ayının 26-dan, iyun ayının 16-na kimi davam edəcək kampaniya müddətində PAŞA Sığortanın rəsmi Facebook səhifəsində “Ən yaxşı qonşu” adlı aksiya keçiriləcəkdir. Aksiyada iştirak etmək istəyən şəxslər şirkətin rəsmi Facebook səhifəsində yerləşdirilmiş “Ən yaxşı qonşu” başlıqlı tətbiqə daxil olaraq özləri haqqında şəxsi məlumatlarını əlavə edib aksiyada iştirak etmək hüququ əldə edəcəklər və 10 suala cavab verərək ballar qazanacaqlar. Aksiyanın şərtlərinə əsasən iştirakçılar topladıqları ballara uyğun olaraq şirkətin əmlak sığortası məhsulları üzrə 5%-dən 25%-ə qədər endirimlərdən yararlanmaq imkanı qazanacaqlar. 10 bal toplayan ilk 10 iştirakçı isə şirkətin əmlak sığortası üzrə “Yaşıl Bakı” məhsulunun Çinar paketini hədiyyə olaraq əldə edəcəkdir.

Ən sərfəli kredit üçün müraciət et

Aksiyada iştirak etmək üçün: http://bit.ly/22qgNLx

Qeyd edək ki, “PAŞA Sığorta” şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” korporativ və fərdi müştərilərə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Müştərilərinin məmnuniyyətini daima yüksək səviyyədə saxlayan PAŞA Sığorta 10 illik fəaliyyət müddəti ərzində ümumilikdə 115 890 100 AZN sığorta ödənişi etmişdir.  Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və  digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətidir.

Ən sərfəli krediti almaq üçün müraciət et