PAŞA Sığorta AFFA ilə birgə “Məhəllə Futbolu” layihəsinə start verir | Banco.az

PAŞA Sığorta AFFA ilə birgə “Məhəllə Futbolu” layihəsinə start verir

“Böyük futbola gedən yol məhəllədən başlayır” prinsipinə əsaslanaraq, sağlam həyat tərzinin təbliği və uşaqların futbola marağının artırılması məqsədilə PAŞA Sığortanın dəstəyi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) təşəbbüsü ilə “Məhəllə Futbolu” layihəsinəstart verilir.

Layihə sakinlərin futbol oynaması üçün Bakıda və ölkənin müxtəlif regionlarında olan həyətlərdə səyyar futbol meydançalarınınquraşdırılmasını nəzərdə tutur. Bu il “Məhəllə Futbolu”nunilk məntəqəsi kimi Yeni Günəşli qəsəbəsində yerləşən “D Park”ərazisi seçilib. Sözügedən ərazidə quraşdırılan səyyar meydança iki həftə ərzindətam ödənişsiz olaraq əhalinin istifadəsində qalacaq.Meydançada AFFA-nın təyin etdiyi məşqçilər tərəfindən təmənnasız futbol dərsləri də keçiriləcək. Həmçinin əhalinin futbola marağını artırmaq məqsədilə mütəmadi olaraq milli komandamızın üzvlərininmeydançanı ziyarət edərək məhəllə sakinləri ilə birgə futbol oynayıb master-klasskeçməsi nəzərdə tutulur.

Qeyd edək ki, bu il layihə çərçivəsində yenilik olaraq səyyar meydançada həm oğlanlar, həm də qızlar üçün maraqlı fəallıqların və yarışların keçirilməsi planlaşdırılır.

Ən sərfəli kredit üçün müraciət et

Səyyar meydançanı özməhəlləsində görmək istəyənlər, PAŞA Sığorta və ya AFFA-nın rəsmi Facebook səhifəsi,o cümlədən marketing@affa.az ünvanı vasitəsilə müraciət edə bilərlər. Meydançanın quraşdırılması üçün əsas şərtlər ərazinin 25x18m ölçülərində düz səthə malik olması; quraşdırılan meydançanın məhəllə sakinlərini narahat etməməsi və məhəllə sakinlərinin, onların avtomobillərinin hərəkətinə maneə törətməməsidir.Məhəllədən 1 nəfər məsul şəxs quraşdırılan meydança və təqdim olunan avadanlıqlara cavabdeh olmalıdır.

İlk dəfə 2016-cı ildə Bakıda reallaşdırılan “Məhəllə Futbolu” layihəsi 2017-ci ildən etibarən PAŞA Sığorta şirkətinin dəstəyi ilə paytaxtla yanaşı, ölkənin digər regionlarını da əhatə etmişdir. Təqdirəlayiqdir ki, təkcə Şəki şəhərində yerləşən 19 nömrəli məktəbin həyətində quraşdırılan meydançadan 1000-dən çox məktəbli və yaxınlıqda yaşayan sakin faydalanmışdır.

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç